Icma.az
close
up
RU
Madriddə 28 May Müstəqillik Günü qeyd olundu Fotolar

Madriddə 28 May Müstəqillik Günü qeyd olundu Fotolar

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

Səfirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean üzrə Baş direktorluğunun rəhbəri Luis Fonseka Sançez, nazirliyin digər yüksəkvəzifəli diplomatları, İspaniya hökuməti tərkibindəki müxtəlif dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, senatorlar, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, çoxsaylı səfirlər, Madrid şəhər bələdiyyəsinin rəsmiləri, akademik dairələrin və beyin mərkəzlərinin nümayəndələri, işgüzar dairələrin təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və media qurumlarının nümayəndələri, həmçinin Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və İspaniyanın dövlət himnləri səsləndirilib.

Daha sonra tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümünün tarixi əhəmiyyətindən bəhs edib. Səfir qeyd edib ki, ölkəmiz 1918-ci ilin 28 mayında Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olaraq suverenlik, dünyəvilik və demokratik idarəçilik prinsiplərinə sadiqliyini bu gün də uğurla davam etdirir.

Diqqətə çatdırılıb ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlət quruculuğu sahəsində mühüm irs yaradıb, qadınlara seçki hüququ verilməsi kimi dövrü üçün qabaqcıl addımlar atıb və türk dünyasında ilk çoxpartiyalı parlament ənənəsinin əsasını qoyub.

Səfir çıxışında vurğulayıb ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ötən dövr ərzində daxili sabitliyin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın təmin olunması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və milli maraqlara əsaslanan müstəqil siyasətin həyata keçirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan hazırda regionun aparıcı dövlətlərindən biri kimi enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, humanitar əməkdaşlıq, mədəniyyətlərarası dialoq və beynəlxalq təhlükəsizlik sahələrində mühüm təşəbbüslərlə çıxış edir.

Çıxış zamanı Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin regionda davamlı sülh və sabitlik üçün yeni reallıqlar yaratdığı diqqətə çatdırılıb. Səfir Ramiz Həsənov Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə toxunaraq qeyd edib ki, uzun illər davam etmiş münaqişəyə baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək olduğu təqdirdə davamlı sülhə nail olmaq mümkündür.

Bu kontekstdə vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün təşviqi istiqamətində göstərdiyi səylərə görə bu il İspaniya cəmiyyəti üçün xüsusi mənəvi və simvolik əhəmiyyət daşıyan “Sülh və Barışıq üçün Gernika” mükafatına layiq görülüb. Qeyd olunub ki, müharibənin ağır nəticələrini yaşamış Azərbaycan xalqı sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın dəyərini yaxşı anlayır.

Səfir Ramiz Həsənov Azərbaycan ilə İspaniya arasında münasibətlərin son illərdə yüksələn dinamika ilə inkişaf etdiyini də diqqətə çatdırıb. Bildirilib ki, İspaniya parlamentinin sədri Fransina Armenqolun, İspaniya Hökumətinin Xarici və Qlobal İşlər üzrə Dövlət katibi Dieqo Beylo Martinesin Azərbaycana səfərləri, Azərbaycan-İspaniya iqtisadi əməkdaşlığı üzrə ikinci strateji dialoqun Madriddə keçirilməsi, eləcə də mədəniyyət, təhsil və humanitar sahələrdə intensivləşən əməkdaşlıq əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verib.

Tədbirə İspaniya hökuməti adından əsas qonaq qismində qatılan Luis Fonseka Sançez Azərbaycan hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, iki ölkə arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.

Rəsmi qəbul çərçivəsində təşkil olunmuş mədəni proqram iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycanın zəngin musiqi irsini müasir interpretasiya ilə təqdim edən tanınmış tar ifaçısı İbrahim Babayev ilə Cazorla Rəqs Qrupunun solisti və bədii rəhbəri, məşhur ispan flamenko rəqqasəsi Kristina Kazorlanın birgə çıxışı tədbirə xüsusi rəng qatıb. Azərbaycan musiqisinin flamenko rəqsi ilə sintezi qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin sonunda qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub, həmçinin ölkənin zəngin mədəniyyəti, tarixi və turizm potensialını əks etdirən müxtəlif nəşr və broşürlər nümayiş etdirilib.

Bununla yanaşı, mayın 28-də səfirliyin təşəbbüsü və Madrid Şəhər Şurasının dəstəyi ilə İspaniyanın məşhur tarixi simvollarından hesab olunan “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.






Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 May 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri