Krunoslav Renduliç: İtirdiyimiz xallardan kino çəkmək olar İdman və Biz
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Oyuna böyük səhvlə başladıq və qol buraxdıq. Geri düşdükdən sonra çox çətindir. Lakin qısa müddətdən sonra oyunu bərabərləşdirdik, hətta qol vurduq".
İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç deyib.
Xorvatiyalı mütəxəssis Misli Premyer Liqasının 13-cü turunda "Kəpəz"lə (2:2) oyunda qeydə alınan heç-heçəni şərh edib: "İkinci hissədə də daha çox hücumda oynadıq, rəqibə nisbətən yaxşı göründük. Oyunu həll etmək üçün iki 100 faizlik qol fürsətimiz oldu, amma yararlana bilmədik. Əfsuslar olsun, qol vura bilmədik və qol buraxdıq. Futbolçuların yanaşmasına, döyüşməsinə görə nəsə deyə bilmərəm. “Zirə” ilə oyunda da son dəqiqələrdə qol buraxmışdıq. Bu, fizika ilə bağlı deyil. Hər dəfə bu səbəbdən qol buraxmaq gülməli olardı. Son turlarda itirdiyimiz xallardan kino çəkmək olar. Yaxşı oynayan biz, xal itirən biz. Şərh etmək çətindir. Bu gün də yaxşı oynadıq, amma xal itirən tərəf biz oldu".
Qeyd edək ki, "Sabah" son 6 oyunda qələbə qazana bilməyib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 09 Noyabr 2024 22:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















