Icma.az
close
up
RU
Krunoslav Renduliç: Son turlarda itirdiyimiz xallardan kino çəkmək olar

Krunoslav Renduliç: Son turlarda itirdiyimiz xallardan kino çəkmək olar

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Premyer Liqasının XIII turunun "Sabah" – "Kəpəz" oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

– Oyuna böyük səhvlə başladıq və qol buraxdıq. 0:1-dən sonra oyuna davam etmək çətindir. Lakin qısa müddət sonra oyunu bərabərləşdirdik və çalışdıq ki, qol vuraq. Demək olar, bəxt sayəsində qol vurduq. Hücuma keçdik, rəqibə təzyiq etdik və belə qol alındı. İkinci hissədə də daha çox hücumda oynadıq, rəqibə nisbətən yaxşı göründük. Oyunu həll etmək üçün iki 100 faizlik qol fürsətimiz oldu, amma yararlana bilmədik. Əfsuslar olsun, qol vura bilmədik və qol buraxdıq.

– Qələbə qazansaydınız, oyuna görə futbolçularınızı təbrik edəcəkdiniz?
– Futbolçuların yanaşmasına, döyüşməsinə görə nəsə deyə bilmərəm. Əfsuslar olsun, iki böyük səhvimizə görə qol buraxdıq.

– Ötən oyunda da son dəqiqələrdə qol buraxdınız. Fiziki cəhətdən çatdırmadığınıza görədir, ya erkən qələbə hissi gəlir?
– "Zirə" ilə oyunda da son dəqiqələrdə qol buraxmışdıq. Bu, fizika ilə bağlı deyil. Hər dəfə bu səbəbdən qol buraxmaq gülməli olardı.

– Futbolçular fərdi oyunda keyfiyyətli olmağa çalışırlar, ancaq sonluq alınmır. Bunun səbəbi nələrdir? Ötən turdakı "Sumqayıt", bugünkü "Kəpəz" sizdən büdcə və keyfiyyət baxımından aşağıdır. Futbolçular rəqiblərə yuxarıdan aşağı baxır?
– Futbolda şansın olur, bəzən qol vura bilirsən, bəzən yox.

– Rəqibləriniz autsayderlər qrupunda yer alan komandalar idi. Bu dövrədə itirilən xallar qarşıdakı dövrələrdə komanda üçün çətinlik yaratmayacaq?
– Bu, normal hal olacaq. Son dövrələrdə bu rəqiblər daha aqressiv oynayacaqlar. Son turlarda itirdiyimiz xallardan kino çəkmək olar. Yaxşı oynayan biz, xal itirən biz. Şərh etmək çətindir. Bu gün də yaxşı oynadıq, amma xal itirən tərəf biz oldu.

– "Kəpəz" turnir cədvəlinin sonuncusudur. Komandanın oyuna arxayın çıxdığını düşünmürsünüz?
– Kimisə meydançada rahat görmədim. Desəm ki, kimsə rahat idi, yanlış olar. Hər kəs qələbə istəyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://sport24.az
archiveBu xəbər 09 Noyabr 2024 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri