Icma.az
close
up
RU
“Kruzeyro” iki dəfə büdrədi, “Flamenqo” liderliyə yüksəldi

“Kruzeyro” iki dəfə büdrədi, “Flamenqo” liderliyə yüksəldi

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

A seriyasının 16-cı və17-ci turunda keçirilən oyunlardan sonra liderlər qrupunda vəziyyət dəyişdi. Bunun səbəbi “Kruzeyro”nun hər iki turda büdrəmsi, “Flamenqo”nun isə qələbə qazanması oldu. Nəticədə “Flamenqo” liderliyi ələ aldı.

"Football-plus.az" xəbər verir ki, iki tur əvvəl vahid lider olan “Kruzeyro” klublararası dünya çempionatına (KDÇ) görə A seriyasında yaranan fasilədən sonra keçirdiyi hər 3 oyunda qalib gəlmişdi. ABŞ-də təşkil edilən mundialda Braziliyanı təmsil etməyən Leonardo Jardimin komandası doyunca istirahət etməsindən maksimum yararlanmışdı. Lakin çempionatın növbəti iki oyunu belu orizontelilər üçün heç də uğurlu alınmadı.
Səfərdə “Korintians”la qolsuz heç-heçəyə razılaşan lider evdə “Seara”dan xal ala bilmədi. Halbuki matç ev sahibləri üçün uğurlu başlamışdı: artıq 4-cü dəqiqədə Kayo Jorje hesabı açdı. 23 yaşlı hücumçu bu mövsüm çempionatda 13-cü qolunu vuraraq bombardirlərin yarışında liderliyini bir qədər də möhkəmləndirdi. Ancaq onun komandası qalan vaxtda iki top buraxaraq uduzdu və 1-ci yeri əldən verdi.
KDÇ-də 1/8 finala qədər irəliləyən “Flamenqo” liderin hər iki oyunda büdrəməsindən maksimum faydalandı. Filipe Luisin komandası səfərdə “Braqantino”ya 2:1, evdə “Atletiko Mineyro”ya 1:0 hesabıyla qalib gəldi. Ardıcıl qələbələr “Flamenqo”nu yenidən liderliyə yüksəltdi. “Kruzeyro”nu 2 xal qabaqlayan rio de janeyroluların ehtiyatda bir təxirə salınan oyununun olduğunu da qeyd edək.
Tura 3-cü yerdə başlayan “Braqantino” hər iki oyunu boşa verdi. Evdə “Flamenqo”ya uduzan braqançalılar səfərdə “Fortaleza”ya 1:3 hesabıyla boyun əydilər. İki məğlubiyyət “Braqantino”nu 5-ci yerə saldı.
Ona görə ki, “ağ-qaralar”ın əsas izləyiciləri yaxşı nəticə göstərdilər. Vitse-çempion “Palmeyras” səfərdə “Fluminense”ni 2:1, evdə “Qremio”nu 1:0 hesabıyla məğlub etməklə 4-cü yerdən 3-ə qalxdı.
“Vasku da Qama” ilə səfər oyunu təxirə salınan “Bayya” 17-ci turda “Juventude”nin qapısından 3 cavabsız top keçirdi. İnamlı qələbə salvadorluları iki pillə irəli saldı. 6-cı yerdən 4-ə çıxan “Bayya”nın ehtiyatda iki oyununun olduğunu da qeyd edək.
“Qremio” ilə oyunu təxirə salınan “Botafoqo” 17-ci turu heç-heçə ilə başa vurdu. “Korintians” ilə 1:1 hesablı “sülh” son çempionu 5-ci yerdən 6-ya saldı. “Botafoqo”nun yeni baş məşqçi Davide Ançelottinin başçılığı altında keçirdiyi 4-cü oyunda da uduzmamasını (2 qələbə, 2 heç-heçə) da qeyd edək.
KDÇ-də yarımfinala qədər irəliləyən “Fluminense” evdə “Palmeyras”a 1:2, səfərdə “San Paulu”ya 1:3 hesabıyla uduzaraq 8-ci yerdən 12-yə yuvarlandı.
16-cı tur
Korintians - Kruzeyro 0:0
Braqantino - Flamenqo 1:2

Lukas Barboza, 46 – Leo Pereyra, 66. Uesli, 85.
Fluminense - Palmeyras 1:2
Kano, 36-p. - Maurisio, 45+4. Vitor Roke, 62.
Santos - İnternasyonal 1:2
Barreal, 90+1 – Karbonero, 9. Borre, 75-p.
Juventude - San Paulu 0:1
Lusiano, 85.
Seara – Mirassol 0:2
Çiko, 16. Nequeba, 22.
Vitoriya - Sport Resife 2:2
Erik, 54. R.Lopes, 89 - Romarinyo, 89; 90+9.
“Vasku da Qama” – “Bayya”, “Atletiko Mineyro” – “Fortaleza” və “Qremio” – “Botafoqo” (RJ) oyunları təxirə salınıb.
17-ci tur
Kruzeyro - Seara 1:2

Kayo Jorje, 4 – Qaleano, 39; 60.
Flamenqo - Atletiko Mineyro 1:0
Leo Ortis, 75.
Fortaleza – Braqantino 3:1
Deyverson, 4. Kuşçeviç, 19. Lukka Prior, 48 – Pitta, 38.
Palmeyras - Qremio 1:0
F.Torres, 3.
Botafoqo RJ - Korintians 1:1
Kabral, 24 – Depay, 83.
San Paulu - Fluminense 3:1
Arboleda, 24. Ferreyra, 59. Tapya, 90+1 - Şavyer, 77.
Mirassol - Vitoriya 1:1
Karioka, 6 - Baralyas, 13.
Sport Resife - Santos 2:2
Laserda, 4. Kabalyero, 70 – Bontempo, 79. Joao Basso, 88.
İnternasyonal - Vasku da Qama 1:1
Karbonero, 90+1 - Rayan, 30.
Bayya - Juventude 3:0
Jean Lukas, 27; 58. L.Rodriges, 90+3.
1. Flamenqo 16 11 3 2 30-6 36
2. Kruzeyro 17 10 4 3 28-11 34
3. Palmeyras 15 10 2 3 19-12 32
4. Bayya 15 8 4 3 20-13 28
5. Braqantino 17 8 3 6 20-20 27
6. Botafoqo RJ 15 7 5 3 18-8 26
7. Mirassol 15 6 7 2 24-14 25
8. San Paulu 17 5 7 5 18-19 22
9. Seara 16 6 3 7 16-16 21
10. İnternasyonal 16 5 6 5 17-20 21
11. Korintians 17 5 6 6 16-20 21
12. Fluminense 15 6 2 7 17-20 20
13. Atletiko Mineyro 15 5 5 5 16-16 20
14. Qremio 16 5 5 6 16-22 20
15. Vitoriya 17 3 8 6 14-18 17
16. Vasku da Qama 15 4 3 8 16-20 15
17. Santos 16 4 3 9 15-21 15
18. Fortaleza 16 3 5 8 17-23 14
19. Juventude 15 3 2 10 10-32 11
20. Sport Resife 15 0 5 9 9-25 5
Bombardirlər: Kayo Jorje (Kruzeyro) - 13, De Arraskaeta (Flamenqo) - 9, Veqetti (Vasku da Qama) - 8, Reynaldo (Mirassol) - 7, Breytveyt (Qremio), Pedro Raul (Seara) - 6.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Avqust 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see304

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see223

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see200

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see161

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see148

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see137

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see137

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see131

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see129

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri