Icma.az
close
up
RU
“Flamenqo” və “Kruzeyro” büdrədi, “Palmeyras” isə potensial lider oldu

“Flamenqo” və “Kruzeyro” büdrədi, “Palmeyras” isə potensial lider oldu

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

A seriyasında keçirilən 26-cı və 27-ci turların oyunlarından sonra liderlər qrupunda vəziyyət dəyişdi. İki tur “Palmeyras” üçün düşərli oldu. San Paulu klubu maksimum nəticə göstərdi, çempionluğa digər əsas iddialılar “Flamenqo” ilə “Kruzeyro” isə hər iki oyunda büdrədilər.

"Football-plus.az" xəbər verir ki, iki tur əvvəl 54 xalla lider olan “Flamenqo” ilə əsas izləyicisi “Kruzeyro” arasındakı oyunun nəticəsi böyük maraq doğururdu.
Rio de Janeyroda keçirilən matçdan əvvəl liderdən 4 xal geri qalan “Kruzeyro” çətin səfərdə bir xal qazana bildi. Vacib oyun daha çox kobud axarda getməsi ilə yadda qaldı: hakim futbolçulara 10 dəfə sarı vərəqə göstərdi, müdafiəçi Villiam 83-cü dəqiqədə ikinci xəbərdarlığa görə qonaqları meydanda azlıqda qoydu. Ev oyununu qolsuz başa vuran “Flamenqo”nun Salvadora səfəri uğursuz alındı. Yerli “Bayya” lideri büdrətmək üçü əlindən gələni etdi. Ev sahiblərinin işini Danilo asanlaşdırdı. Uzun illər Avropada oynamış 34 yaşlı məşhur müdafiəçi 13-cü dəqiqədə kobud oyuna görə qarşısında birbaşa qırmızı vərəqə gördü. Salvadorlular bundan sonra azlıqda qalan rəqibinə qarşı daha cəsarətli oyun sərgiləməklə istəklərinə çatdılar. Villian Joze fasiləyə az qalmış hesabı açdı. Filipe Luisin komandasının ikinci hissədəki işi heç də asan görünmürdü. Belə də oldu. Əsəbi komanda kimi daha çox yadda qalan rio de janeyroluların yarımmüdafiəçisi Vallase Yan da 78-ci dəqiqədə ikinci xəbərdarlığa görə meydandan qovuldu. İki qırmızı vərəqə praktiki olaraq “Flamenqo”nun məğlubiyyətini qaçılmaz etdi. Cari mövsümdə 3-cü dəfə uduzan “qırmızı-qaralar” vahid liderliyi əldən verdilər. Rio de janeyroluların ehtiyatda bir təxirə salınan oyununun olduğunu da qeyd edək.
“Flamenqo”dan səfərdə xal alan “Kruzeyro”nun öz meydanında “Sport Resife”yə qalib gələcəyi gözlənilirdi. Lakin Leonardo Jardimin komandası liqanın ən zəif iştirakçısından yalnız bir xal (1:1) almaqla azarkeşlərini məyus etdi. Belu orizontelilər 2 oyuna 2 xal almaqla 2-ci pillədən 3-ə düşdülər.
Çünki tura 3-cü pillədə başlayan “Palmeyras” iki matçda büdrəmədi. Ötən mövsümün vitse-çempionu əvvəlcə evdə “Vasku da Qama”nı 3:0 hesabıyla məğlub etdi. San Paulu derbisi isə dramatik keçdi. Eyniadlı komanda ilk hissəni 2:0 hesablı üstünlüklə başa vurdu. Amma Abel Ferreyranın komandası fasilədən sonra üç qol vurmaqla əzmkar qələbə qazandı. “Yaşıllar” maksimum nəticə ilə xalını 55-ə çatdırdılar. “Flamenqo”nun da hesabında bu qədər xal var, lakin “Palmeyras” az oyun keçirdiyi üçün 1-ci yerə yüksəldi. Ehtiyatda iki təxirə salınan oyunu olan Ferreyranın komandasının A seriyasının potensial lideri olduğunu da vurğulayaq.
İki tur əvvəl 4-cü yerdə olan “Mirassol” iki oyuna bir xal qazandı və mövqeyini itirdi. Ona görə ki, debütantın əsas izləyicisi “Botafoqo” hesabına 3 xal yazdı. Braziliyanın son çempionu topların daha yaxşı fərqinə əsasən 4-cü yerə çıxdı. “Bayya”nın da hesabında 43 xal var.
26-cı tur
Flamenqo - Kruzeyro 0:0
Palmeyras - Vasku da Qama 3:0
X.Lopes, 6; 18. Vitor Roke, 24.
Mirassol - Braqantino 1:1
Reynaldo, 75 - Ramires, 26.
Botafoqo RJ - Bayya 2:1
S.Rodriges, 27. Ceffinyo, 46 - Nestor, 55.
Fortaleza - San Paulu 0:2
Tapya, 11. Lusiano, 85.
Sport Resife - Fluminense 2:2
Lukas Lima, 73. Luan Kandido, 90+7 – Akosta, 64. Kennedi, 83-p.
Atletiko Mineyro – Juventude 0:0
İnternasyonal - Korintians 1:1
Karbonero, 90+12-p. – Neqao, 10.
Santos - Qremio 1:1
L.Dias, 89 – Edenilson, 56.
Vitoriya - Seara 1:0
Ze Markos, 10.
27-ci tur
Bayya - Flamenqo 1:0
Villian Joze, 45.
Kruzeyro - Sport Resife 1:1
Qabriel Barboza, 59 – Laserda, 41.
San Paulu - Palmeyras 2:3
Lusiano, 15. Tapya, 34 - Vitor Roke, 70. X.Lopes, 74. Sosa, 89.
Korintians - Mirassol 3:0
Maykon, 18. Yuri Alberto, 72. Andre Luis, 90+5.
İnternasyonal - Botafoqo RJ 2:0
Alan Patrik, 9. Vitinyo, 50.
Fluminense - Atletiko Mineyro 3:0
Şavyer, 15. Serna, 58. Keno, 90+3.
Braqantino – Qremio 1:0
Con Con, 90+16-p.
Vasku da Qama - Vitoriya 4:3
Moreyra, 6. Rayan, 52; 68. Sousa, 90+7 – Aytor, 26. Lukas Halter, 34. Kaseres, 72.
Juventude – Fortaleza 1:2
Bilu, 6 – Mankuso, 72. Bareyro, 85.
Seara - Santos 3:0
Munyi, 10. Pedro Enrike, 60. Sobral, 90+4.
1. Palmeyras 25 17 4 4 42-21 55
2. Flamenqo 26 16 7 3 50-13 55
3. Kruzeyro 27 15 7 5 40-20 52
4. Botafoqo RJ 27 12 7 8 37-23 43
5. Bayya 26 12 7 7 34-30 43
6. Mirassol 26 11 10 5 42-28 43
7. Fluminense 25 11 5 9 33-31 38
8. San Paulu 27 10 8 9 31-28 38
9. Braqantino 27 10 6 11 33-38 36
10. Seara 26 9 7 10 26-24 34
11. Vasku da Qama 27 9 6 12 42-41 33
12. Korintians 27 8 9 10 29-32 33
13. Qremio 27 8 9 10 28-33 33
14. İnternasyonal 26 8 8 10 32-38 32
15. Atletiko Mineyro 25 7 8 10 22-29 29
16. Santos 26 7 7 12 25-38 28
17. Vitoriya 27 5 10 12 24-42 25
18. Fortaleza 26 6 6 14 26-41 24
19. Juventude 26 6 5 15 21-48 23
20. Sport Resife 25 2 10 13 19-38 16
Bombardirlər: Kayo Jorje (Kruzeyro) - 15, De Arraskaeta (Flamenqo) - 14, Veqetti (Vasku da Qama) - 12, Pedro (Flamenqo), Vitor Roke (Palmeyras) - 10.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri