“KTMT Qarabağda Ermənistan üçün döyüşməməli idi” Putin
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
“Ermənistanın KTMT-yə hazırkı münasibətini daxili siyasi problemlər və Qarabağdakı böhranın nəticələri diktə edir”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanda keçirilən Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistan tərəfinin iştirak etməməsini jurnalistlərə şərh edərkən deyib.
O əlavə edib ki, KTMT Qarabağda Ermənistan üçün döyüşməməli idi, bu halda Ermənistana qarşı heç bir xarici təcavüz olmayıb.
Rusiya Prezidenti həmçinin bəyan edib ki, Ermənistan təşkilatdan çıxdığını bəyan etməyib və İrəvanın KTMT-də tam hüquqlu işə qayıtması ehtimalı qalmaqdadır.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə dəfə ölkənin KTMT-də iştirakını dondurduğunu bəyan edib.
Baxış sayı:145
Bu xəbər 28 Noyabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















