Kuba ABŞ ilə təmasları davam etdirəcək
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kuba hakimiyyəti danışıqlarda irəliləyişin olmamasına baxmayaraq, ABŞ hökuməti ilə təmasları davam etdirmək niyyətindədir.
"AzPolitika" APA-ya xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya mətbuat konfransında bildirib.
Mətbuat konfransı ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi ticarət-iqtisadi və maliyyə blokadasının mənfi təsirləri barədə BMT Baş Assambleyasına təqdim ediləcək hesabatın təqdimatına həsr olunub.
“Danışıqlarda irəliləyişin olmamasına baxmayaraq, təmasları davam etdirmək niyyətindəyik”, – nazir bildirib.
Rodriges Parrilyanın sözlərinə görə, tərəflər arasında danışıqlar keçirilib və Vaşinqtonla əlaqələr davam edir. Bununla belə, Kuba XİN rəhbəri irəliləyişin olmamasını ABŞ tərəfinin siyasi iradə nümayiş etdirməməsi ilə əlaqələndirib.
Nazir Kubanın qarşılıqlı hörmət və ölkənin daxili işlərinə qarışmamaq prinsipləri əsasında danışıqları davam etdirməyə hazır olduğunu vurğulayıb. O, indiyədək keçirilən danışıqların hətta dəqiq müəyyən edilmiş gündəliyinin olmadığını da qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 07 Sentyabr 2026 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















