Takaiçi: Yaponiya Venesuelada demokratiyanın bərpası ilə bağlı təmasları davam etdirəcək
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
Yaponiyanın Baş naziri Sanae Takaiçi ABŞ-ın Venesueladakı əməliyyatı ilə bağlı şərh verməkdən imtina etdi.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Takaiçi vurğulayıb ki, Yaponiya həmişə azadlıq, demokratiya və qanunun aliliyi kimi əsas dəyərlərə və prinsiplərə sadiq qalıb. Onun sözlərinə görə, ölkə hökuməti bu mövqeyə əsaslanaraq, Bolivar Respublikasında demokratiyanın bərpası və vəziyyətin sabitləşdirilməsi üçün tədbirlərin görülməsini təmin etmək məqsədilə G7 də daxil olmaqla, iştirak edən ölkələrlə əməkdaşlığı davam etdirəcək.
Siyasətçi əlavə edib ki, Yaponiya hökuməti Venesueladakı vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün səylərini göstərir.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 05 Yanvar 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















