Icma.az
close
up
RU
“Kubinka”da tikinti özbaşınağı… Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır Video

“Kubinka”da tikinti özbaşınağı… Rəfail Abdullayevin şirkəti sakinləri fəlakətə aparır Video

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Memar Fidan Süleymanlı Yasamal rayonu ərazisində “Kubinka” kimi tanınan ərazidə tikinti normalarını kobud şəkildə pozaran çoxmənzilli bina inşa edən “RR Constructions İmperial Residence” tikinti şirkətinin özbaşınalığını işıqlandırıb. Memar sözügedən şirkətin ətraf ərazidə yaşayan sakinləri təhlükəyə atdığını, tikinti zamanı nə təhlükəsizlik qaydalarına, nə də mövcud infrastrukturun qorunmasına riayət olunduğunu bildirib.

Tribunainfo.az xəbər verir ki, F.Süleymanlı tikinti aparılan ərazidən çəkdiyi videonu TikTok sosial şəbəkəsində paylaşaraq bildirib ki, iş aparan şəxslər heç bir təhlükəni, baş verə biləcək faciəni nəzərə almırlar:

“Mən bir memar kimi burada bu işlər başlayanda demişdim ki, burada iş aparmaq çox təhlükəlidir. Bu qədər böyük yer qazılıb. Burada hələ də yaşayanlar var. Ancaq məhəl qoyulmadan evlərin altı qazılır. Hələ də torpağınv altından su çıxır, burada su quyuları var. Deməli, bu suyu qurutmaq olmur, su hələ də çıxır. İş aparmaq təhlükəlidir. Görürlər ki, suyu qurutmaq olmur. Deməli burada belə problem var da. Bəs niyə problem olan yerdə iş aparırsan?

İş icraçısı Məhəmməd adlı şəxsdir. Bu adamın gördüyü iş cinayətdir. Bu adam etdiyi bu cinayətə görə həbs edilməlidir, əslində. Burada yaşayan insanların bəxti gətirib ki, evləri çökməyib. Öz traktorları işləyə-işləyə atdıqları beton hasar üstlərinə aşıb. Bu beton suvaylar heç bir təhlükənin qarşısını ala bilməz. Mən bir memar kimi deyirəm, bu görülən iş təhlükəli işdir. Neçə ailə risk altındadır”.

Memar qeyd edib ki, problemlə əlaqədar Fövqəladə Hallar Nazirliyinə də müraciət edib:

“Ancaq bilmirəm FHN müraciətimə əsasən əraziyə gələcək ya yox. Ancaq görsünlər ki, vəziyyət budur. Buradan FHN-ə, digər məmurlara səslənirəm, belə savadsızlara iş verəndə axırı belə olur. Başınız çıxamayan işə niyə baş qoşursunuz? Bu insanlara niyə belə təhlükə yaradırsınız? Burada neçə ev təhlükədədir. Qaza-qaza gedirlər. Bu evlər hamısı uçub gedəcək. İçində insanlar yaşayır. Ancaq heç veclərinə də deyil. Tikintini isə davam etdirirlər”.

Xatırladaq ki, sözügedən tikinti işlərini aparan “RR Constructions İmperial Residence” tikinti şirkətinin rəhbəri Rafael Abdullayevdir. Sözügedən şirkət dəfələrlə narazı sakinlər tərəfindən məhkəməyə verilib.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 İyun 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri