Icma.az
close
up
RU
Küçə yazıçının səngəridir Kəramət Böyükçöl Nizami Cəfərova cavab verdi

Küçə yazıçının səngəridir Kəramət Böyükçöl Nizami Cəfərova cavab verdi

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Akademik Nizami Cəfərov “Azərbaycan mədəniyyəti - 2040”  Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında “yazıçı öz kitabını küçədə sata bilməz, satmamalıdır” fikirlərini səsləndirib. Onun fikrincə, yazıçının məhsulu prodüser vasitəsilə satılmalıdır.

“Yazıçıya qanunla yaxşı yazmaq tələbini necə qoymaq olar? Yaxud, yazıçını necə, nə ilə cəzalandırmaq olar? Yazıçının məhsulunun prodüser vasitəsilə satışı, tanıdılması həll edilməlidir. Yazıçı öz kitabını küçədə sata bilməz",- deyə N.Cəfərov çıxışında qeyd edib.

Yazıçı Kəramət Böyükçöl Modern.az-a açıqlamasında Nizami Cəfərovun fikirlərinə münasibət bildirib.
O deyib ki, yazıçının küçədə kitab satmaqdan başqa çarəsi yoxdur, küçə isə onun səngəridir:

“Yazıçı harda olmalıdır? Yazıçının yeri haradır? Küçə onun məkanıdır, səngəridir. Sanki Azərbaycan elə bir vəziyyətə gəlib çıxıb ki, ən təmiz yer küçələrdir. İndi də küçələri əlimizdən almaq istəyirlər, guya bu, yaxşılıq mənasındadır.

Amma yazıçı küçədə olmalıdır. Dünyada küçədən çıxıb Nobel mükafatı alan qələm sahibləri olub. Böyük yazıçıların hamısının yolu küçədən keçib. Dostoyevskinin yeri hara olub? Küçələrdə olub. Nizami müəllimin özünün isti kabineti var, parlamentdə neçə il deputat olub. Mən indi bilmirəm, Nizami müəllim, bu fikirləri hansı mənada deyib. Yazıçının qayğısına qalmaq, diqqət göstərmək mənasında deyir, ya necə?”.

K.Böyükçöl eyni zamanda özünün illərdir küçədə kitab satdığını da xatırladıb:

“Ailəmin, övladlarımın ehtiyaclarının hamısı kitab satışı hesabına qarşılanıb. Mənim dolanışığım bunun üzərində qurulub. İndi deyirlər ki, kitab satmaq olmaz. Onda mən bütün günü küçədə nə edim? Desəm ki, küçədə kitab sata bilmirəm, onda deyəcəksiniz, bəs küçədə nə edirsən? Satıram bəli, doğrudur arzuolunan səviyyədə deyil, amma ehtiyacı olan adamlar gəlib alır.

Mənə elə gəlir ki, Nizami müəllim “yazıçı küçədə kitab sata bilməz” sözlərini əslində dövlətin yazıçıya şərait yaratmasının vacibliyi baxımından deyib. Amma dövlət yazıçıya şərait yaradanda, onu azad buraxmır, öz köləsinə çevirir. Azərbaycanda qarşılıqsız dəstək olmur. “Mən sənə dəstək olum, get ürəyin istədiyini yaz”, - belə şey yoxdur. Deyir ki, mən sənə dəstək olum, sən də mənə xidmət elə.

Belə olan halda dövlət heç vaxt azad yazıçının, azad şəxsiyyətin formalaşmasında maraqlı olmur. Əksinə, onun mənəvi dəyərlərini, insani mövqeyini tədricən satın almağa çalışır”.

“Şəxsən mənim küçədən başqa yerim yoxdur. Azərbaycanda elə bir məkan yoxdur ki, özümü ora yaraşdırım. Bir dənə küçə qalır. Başqa yerə gedəndə adam narahat olur, sıxılır. Küçə isə yazıçı üçün təbiidir”,- deyə o əlavə edib.
K.Böyükçöl sonda bildirib:

“Mənim bir ifadəm var idi, hələ şükür ki, bugünədək küçələri tam əlimizdən almayıblar. Amma görünür, yavaş-yavaş ona da gedirlər.

Prodüser tutmaq məsələsinə gəlincə, bunun üçün müəyyən maddi imkan lazımdır. Mənim kitablarımdan gələn pul elə gəldiyi kimi də gedir. O pulun üstündə dayanıb prodüser tutmaq, biznes qurmaq haqda düşünmək mümkün deyil. Mənim elə bir maddi bazam, vəsaitim yoxdur. Mən sadəcə yazıram və yazdığım kitabları küçədə satıram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Yanvar 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri