Icma.az
close
up
RU
Kəramət Böyükçöl ittihamlara cavab verdi

Kəramət Böyükçöl ittihamlara cavab verdi

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bir tərəfdən deyirlər ki, Kəramət hökumətin adamıdır. O biri tərəfdən də deyirlər ki, Kəraməti niyə tutmurlar? Hökumətin adamıyamsa, məni niyə tutmalıdırlar?”.

Gununsesi.info bildirir ki, bunu yazıçı Kəramət Böyükçöl deyib:

“Mədəniyyət Nazirliyinin 50 yazıçı arasında keçirdiyi səsvermədə 1-ci yerə çıxıram. Bir tərəfdəkilər deyir ki, Kəramət dövlətin düşmənidir, nazirlik niyə ona qalib olmağa imkan verir? O biri tərəfdəkilər də deyir ki, Kəramət dövlətin adamıdır, yoxsa niyə qoyurlar Akademiyanın qabağında kitab satsın?

Çox maraqlıdır, mən sizin nəyinizəm? Müxalifət lideriyəm, partiya sədriyəm, millət vəkiliyəm, nəyəm, kiməm ki, mənim üzərimə bu qədər öhdəlik qoyursunuz və mənim haqqımda cəmiyyətdə bu qədər müzakirələr gedir? Xaricdəkilər, daxildəkilər, sağdakılar, soldakılar, yaltaqlar, yalaqlar, dələduzlar — hərə bir tərəfdən hücum çəkir.

Biri deyir, Kəramət satılıb. Qardaş, kimə satılmışam? Kimə satılmışamsa, onun varyoxunu… Elə şər atanın da!

Nəyi satmışam, kimi satmışam?

O biri deyir ki, bəs məni niyə qoymurlar Akademiyanın qabağında nəsə satım? Akademiyanın qabağında düz 5 aydır ki, bir dönər yeri boşdur, üstünə də yazılıb ki, icarəyə verilir. Get götür, dönər sat. Akademiyanın qabağında o qədər şeylər satırlar, sən də onların biri. Mən Azərbaycan vətəndaşı deyiləm? Öz ölkəmdə kitabımı sata bilmərəm? Minlərlə adam küçədə nəsə satır. Birini satmağa qoymurlarsa, onu niyə mənlə müqayisə edirsən? Get satanları müqayisə elə də.

Başqa biri yenə deyir ki, mən bura avtobus qoysam, icazə verməzlər. Deyirəm, get Kəramət ol, sənə də icazə verəcəklər. Deyir, Kəramət olmaq nədir ki? Deyirəm, mənim avtobusumu burdan götürsələr, bütün ölkə biləcək. Amma sənin avtobusunu götürsələr, heç kim bilməyəcək. Kəramət olmaq budur.

Bir başqası yazır ki, Kəramət uşağına aliment vermir. Dostlarım da dirənib ki, niyə ona cavab vermirsən?

Deyirəm, nə cavab verim? Deyəcəyəm ki, ayda uşaqlara bu qədər pul verirəm. İndi də deyəcək ki, pulu hardan alırsan?

Hələ bilmirəm e, ona cavab ver deyib üstümə dirənən adam həqiqətən dostdur, yoxsa məni güllənin qabağına itələyir.

Gör nə qədər əxlaqsız və mənəviyyatsız bir mühitdə yaşayırıq ki, bütün ölkə, hökumətli-müxalifətli, yığışıb mənim boynuma qoymaq istəyir ki, sənə obyekt veriblər.

Deyirəm, yalandır.

O yer obyekt deyil. Cücə damıdır. Minlərlə Azərbaycan vətəndaşı kimi mən də gedib öz yerimə sənəd almışam.

Deyir, yox e, sənə obyekt hədiyyə ediblər.

Deyirəm, o obyekti mənə hədiyyə verənin varyoxunu… Şər atanın da!

İndi də deyir, niyə söyüş söyürsən?

O şər, o böhtanlar sənin öz haqqında deyilməyənə qədər adam elə bilir düz danışırlar.

Hal-hazırda isə mənim hansısa fikrimlə, mövqeyimlə yox, konkret olaraq mövcudluğumla mübarizə aparırlar. Yəni bunların fikrinə görə mənə nə səhv danışmaq olar, nə də düz. Deyirlər, sən ümumiyyətlə niyə varsan?

Niyə belə edirlər, onun səbəbini bir az düşüncəsi olan adam yaxşı bilir.

Hələ biri də yazıb ki, Kera, sən də satıldın.

Deyirəm, nə bilirsən?

Qayıdasan ki, nə bilim. Gördüm, qəşəngləşmisən. Dedim, yəqin satılmısan.

Mən bu şeylərə çox öyrəşmişəm. Savalan babadan üzü bəri gör neçə illərin Kəramətiyəm. Sözümü deməyə cəsarətim də var, özümü qorumağa ağlım da. Mənim haqqımda deyilən şər və böhtanlar isə bir müddət sonra yoxa çıxıb gedir. Amma əmin olun ki, bu yalanlarla bəslənən və onlara inanan cəmiyyət heç vaxt ağ günə çıxmayacaq”,- deyə o, həmçinin qeyd edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Noyabr 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri