Küçədə qarğıdalı satarkən həyatı dəyişdi: İndi təklifləri çatdıra bilmir
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyədə, Karaköydəki piştaxtası önündə çəkilən fotoları və videoları qısa müddətdə sosial mediada trend olan Alper Temel sadəcə Türkiyədə deyil, beynəlxalq səviyyədə də diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, Alper Temelin paylaşımları xüsusilə Sloveniya, İtaliya, Rusiya və İndoneziyadan olan izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Hazırda Karaköyə gələn turistlər ondan qarğıdalı almaqla yanaşı, selfi çəkdirmək üçün uzun növbələr yaradırlar.
Məşhurlaşdıqdan sonra Alperin həyatında yeni qapılar açılıb:
Bir çox agentlikdən aktyorluq və modellik təklifləri alan Temel hətta Yunanıstandan da modellik dəvəti aldığını bildirib.
Gənc satıcı hələlik bu təklifləri qəbul etmədiyini, diqqətini sosial mediada fəaliyyətini genişləndirməyə yönəltdiyini açıqlayıb.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 24 Aprel 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















