Küçələr bərbad vəziyyətdədir Sakinlərin yol dərdi VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yağışdan sonra küçə və məhəllədaxili yolların vəziyyəti kəskin şəkildə pisləşib. Avtosfer.az xəbər verir ki, Oxu.az-a danışan sakinlərin sözlərinə görə, yağıntılar zamanı yollar su altında qalır, asfalt örtüyü tamamilə sıradan çıxır və bir çox ərazilərdə hərəkət çətinləşir. Məlumata əsasən, bəzi küçələrdə kanalizasiya xətlərinin nasaz olması səbəbindən yerli sakinlər öz imkanları hesabına qazıntı işləri aparıblar. Lakin qazılan sahələr sonradan bərpa edilmədiyindən vəziyyət daha da ağırlaşıb. Qəsəbə sakinləri bildiriblər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, problem uzun müddətdir həllini tapmır. Şikayətçilər qeyd edirlər ki, bir neçə il öncə qəsəbədaxili yollar asfaltlanıb. Lakin son yağışlar nəticəsində örtük zədələnib, bir sıra küçələrdə dərin çuxurlar və palçıqlı sahələr yaranıb. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 28 May 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















