Icma.az
close
up
RU
Sahibkarların parklama, sakinlərin yol dərdi

Sahibkarların parklama, sakinlərin yol dərdi

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında, İsmayıl Məmmədov küçəsində son zamanlar əhaliyə və ticarət sahiblərinə böyük çətinliklər yaşadır.

AYNA-nın bu küçədə ödənişli parkinq lövhələrinin tətbiqi, ərazidə ticarət və iaşə fəaliyyətləri ilə məşğul olan onlarla sahibkar üçün maliyyə yükü yaradıb. Həm burada gündəlik avtomobillərini saxlayan kiçik biznes sahibləri, həm də onlara yaxın yaşayan sakinlər, maşınlarını saxlamaq üçün əlavə olaraq 3-4 manat ödəmək məcburiyyətində qalırlar. Bu isə onsuzda çətin iqtisadi vəziyyətdə olaninsanların durumunu daha da ağırlaşdırır.

Ticarətçilər gündəlik parklama xərclərdən yayınmaq məqsədilə, maşınlarını məhəllə arası yollarda və binaların həyətlərində saxlamağa məcbur qalırlar. Bu isə dar küçələrdə əlavə yol probleminin yaranmasına səbəb olur.

Bütün bunlar azmış kimi, iki həftədən artıqdır ki, İsmayıl Məmmədov küçəsindəki 10-cu binaya gedən su xəttinin dəyişdirilməsi üçün qaılmış yolun bərpasıda uzadılır. Bu işlərin təxirə salınması nəticəsində, ərazidəki nəqliyyatın hərəkəti demək olar ki, dayanıb. Yalnız avtomobil sahibləri deyil, eyni zamanda ətrafdakı binaların sakinləri də keçilməz olan bu yollar üzündən gündəlik həyatlarında çətinliklər yaşayırlar.

5-6 metrlik borunun dəyişdirilməsi, həftələrlə uzadılıb və bu da işləri görən qurumların qeyri-ciddi yanaşmalarını göstəricisidir.

Müvafiq qurumların işlərini vaxtında icra etməməsi və bu problemlərə biganə yanaşmaları, ərazidəki sakinlərin etirazına səbəb olub. Xüsusilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bu cür vəziyyətlərdə müvafiq addımlar atmaqda çətinlik çəkir və abonentləri olan yerli sakinlərin ümidlərini doğrultmur.

Bu cür problemlərin həlli həm ticarət sahibləri, həm də ümumi əhali üçün vacibdir. Gündəlik həyatın sürətini və rahatlığını təsir edən bu çətinliklər, sahibkarlar üçün əlavə xərclər, sakinlər üçün təhlükə yaradır.

Bu vəziyyətin həlli üçün əhəmiyyətli ola biləcək addımlardan biri, ödənişli parkinq sahələrinin ətrafında ticarətçilərə xüsusi güzəştlər nəzərə alınması oluna bilər. Həmçinin, parkinq məhdudiyyətləri müəyyən dövrlərdə daha sərbəstləşdirilə bilər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 İyul 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri