Küçələrdə insan meyitləri və Əsədin cırılmış portretləri FOTOLAR
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Noyabrın 27-də ilk dəfə Suriyada üsyançılar hücuma başlayıb. Azad Suriya Ordusu və “Həyat Təhrir əş-Şam” nəzarət zonasını genişləndirərək Hələbin mərkəzi hissəsini ələ keçirə bilib. Onlar hazırda şəhərin qərb rayonlarının 40%-dən çoxuna nəzarət edirlər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yaraqlılar irəliləyişlərini təsdiqləyən foto və videoları sosial şəbəkələrdə aktiv şəkildə paylaşırlar. Görüntülərə əsasən, üsyançıların ağır texnikası yoxdur (ələ keçirə bildikləri zirehli maşınlar istisna olmaqla), onlar dronlardan və atıcı silahlardan istifadə edir, ətrafa getmək üçün pikaplardan istifadə edirlər.
Üsyançılar artıq qubernatorun malikanəsini, bir neçə hökumət binasını və polis məntəqələrini ələ keçiriblər. Onlar məhbusları həbsxanalardan azad edir, sonuncular isə silahlılara fəal qoşulurlar. Üsyançılar Suriya prezidenti Bəşər Əsədin mərhum qardaşı Bəzil Əsədin atlı heykəli də daxil olmaqla abidələri dağıdıblar. Onlar Suriya ordusunun bayraqlarını cırıb ölkə liderinin portretlərini tapdalayırlar, hökumət binalarına müxalifətin yaşıl bayraqları asıblar. Şəhərin küçələrində yanmış maşınlarının düz yanında güllələnmiş insanların meyitləri yer alır.
Suriya ordusu üsyançılarla qarşılaşmağa çalışır. O, şəhəri hökumətin nəzarətinə qaytaracağına söz verərək hava zərbələri endirir. Hələb ölkə üçün önəmlidir. Şünki Hələb Suriyanın 50 faizini təşkil edir.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 01 Dekabr 2024 00:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















