Icma.az
close
up
RU
Küçəyə atılan cins heyvanların aqibəti necə olur?

Küçəyə atılan cins heyvanların aqibəti necə olur?

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Rəna Nevzatın "Təhlükəli şirinlik" adlı yeni yazısını təqdim edir.
Şəhərləşmənin Azərbaycanda yavaş-yavaş bərqərar olması ilə evlərdə yeni bir sakin peyda oldu; balaca, tüklü, quyruqlu şirin bir heyvan - pişik.
Pişiklər hər gün uzandıqca uzanan tıxacların, gərgin iş mühitlərinin, gərgin insan münasibətlərinin cəngində qalan müasir insanın stresini, narahatlığını azaldır, onu hər gün şəhərlə savaşa daha məğrur yola salır. Tək yaşayanlar üçün təklik hissini aradan qaldıran, heç nə başa düşməsə də, səninlə kinoya baxan, kitab oxuyan, özünü sevdirmək üçün min hoqqadan çıxan, bəzən cırmaq atan, mırıltıları ilə əsəblərini sakitləşdirən, nəhayət, səninlə həyatını bölüşən bu şirin canlılar təkcə heyvan yox, həm də yoldaşdır.
Hər gün vaxtında yeməyini, suyunu verməlisən, ona göstərdiyin qayğıda məsuliyyət var deyə zamanla səni daha məsuliyyətli birinə çevirir, həyata daha dərindən bağlayır.
Üstəlik, evi siçanlardan və zərərvericilərdən xilas eləyir.
Ev yoldaşından daha nə gözləyəsən?
Kimin ev yoldaşları evi siçan və zərərvericilərdən qoruyur?
Mənimkilər yox.
Bununla belə pişiklərin kapitalist sistemdəki manipuliyativ rolunu, istehlak mədəniyyətinin alətinə çevrilməsini gərək unutmayaq.
Əlbəttə, burada pişiklərin günahı yoxdur.
Onları necə, nə üçün günahlandırasan?
Bu köşənin işarə verdiyi pişiklər yox, pişikləri öz məqsədləri üçün emosional simvol kimi təqdim edənlər və bundan ziyan görənlərdir.
Reklamlarla, sosial mediadakı videolarla insanlarda elə bir təəssürat yaranır ki, pişiksiz evlər, pişiksiz ailələr natamamdır.
Buyur! Qayğı üstünə qayğı.
Əgər bütün sosial media sənə natamam olduğunu deyəcəksə, hər gün videolarda, şəkillərdə dolayısı ilə natamamlığın vurğulanacaqsa, tamamlanmaq ehtiyacı hiss edəcəksən.
Əlbəttə, hamı evində pişik saxlamalıdır ki, pişiklər üçün satılan məhsulların alıcıları artsın, kimlərinsə cibinə pul axsın.
Ancaq, doğrudanmı, hamı bu müdafiəsiz və şirin canlılara qarşı eyni cür qayğıkeş yanaşır?
Doğrudanmı, insanlar evində pişiklə yaşamağa, ona qayğı göstərməyə, vaxtında baytara aparmağa, xəstəliyi varsa, müalicə eləməyə, dərmanlarını almağa, yeri gəlsə, nazını çəkməyə hazırdır?
İnanmıram.
Buna görə hamı heyvan saxlamamalıdır.
Bakının zibil yeşiklərinin ətrafı sosial mediadakı videoların eşqinə düşüb həvəslə alınan, bir müddətdən sonra küçəyə atılan cins pişiklərlə doludur.
Bu cins pişiklər küçə həyatına öyrəşə bilmir, tezliklə tələf olurlar.
Pişiklər şirin heyvanlardır. Özlərini sevdirməyi yaxşı bacarırlar. Ancaq sosial medianın manipulyasiyası ilə birləşən şirinlik təhlükəlidir. Azca ayağın büdrəsə, səni tezliklə əsirinə çevirə, özünə bağlaya bilər.
Məsələn, sosial medianın ovsununa düşən bir dəstə qız deyir: pişiyimi mən özüm doğmuşam.
Onlar belə deyir və həqiqətən, buna inanırlar.
Baxırsan, oturuşu-duruşunda, danışığında, jestlərində, mimikalarında, geyimlərində qeyri-adi heç nə yoxdur. Onları kənardan müşahidə edəndə diqqətini xüsusi heç nə ilə cəlb etməzlər. Üstəlik, gözəl-göyçək qızlardır. Di gəl ki, deyirlər:
“Pişiyimi mən özüm doğmuşam”.
Bu ifadənin kökündə heyvan dostu ilə qurduğu emosional və psixoloji əlaqənin səviyyəsini görürük. İnsan öz daxilindəki emosional boşluqlarını pişiyə ötürəndə onu bir parçası kimi hiss etməyə, canından-qanından biri bilməyə başlayır.
Bütün bunlar nə deməkdir?
Belə deyən adamların birinci növbədə fərdi identifikasiya problemləri var. Öz şəxsiyyətlərini heyvanın üstünə proyeksiya edir, öz sərhədlərini heyvanla qarışdırır. Bəzi hallarda şəxsiyyət pozuntusuna gətirib çıxarır.
Sosial münasibətləri heyvanla əvəz eləmək insan üçün təhlükəli nəticələrə gətirib çıxara bilər.
Hər şey kimi heyvana sevgidə də gərək ölçü hissimizi itirməyək.
Deyəcəklərim bu qədər.

P.S
Evinizin qabağında pişiklər üçün su qoymağı unutmayın!

İnsanlar ölüm ayağında nələri arzulayır? Məşhurların yataq otaqları - FOTOLENT “Çox pul haramsız, çox söz yalansız olmaz”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Sentyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri