Icma.az
close
up
RU
18 yaş tamam oldu, himayə bitdi: Küçəyə atılan gənclərin problemi necə həll olunmalıdır?

18 yaş tamam oldu, himayə bitdi: Küçəyə atılan gənclərin problemi necə həll olunmalıdır?

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Valideyn himayəsindən məhrum, uşaq evlərində və internat məktəblərində böyüyənlərin 18 yaşdan sonrakı taleyi uzun illərdir müzakirə olunan sosial problemlərdəndir. Həmin gənclər 18 yaş tamam olduqdan sonra müstəqil həyata atılmalı, öz dolanışıqlarını təmin etməlidirlər. Lakin praktikada bu keçid mərhələsi bir çox hallarda ağır sosial nəticələr doğurur. İşsizlik, sosial adaptasiya çətinliyi və nəzarətsizlik səbəbindən bəzi gənclər küçə həyatına və zərərli vərdişlərə yönəlirlər.

Mövzu ilə bağlı Oxu.Az-a danışan "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, məsələ yalnız 18 yaşdan sonrakı mərhələ ilə məhdudlaşmır, problem daha erkən dövrdən başlayır:

"Əgər bir uşaq müəssisəyə yerləşdirilirsə, deməli, onun həyatında uşaqlığını tam yaşaya bilmədiyi məqamlar olub. Bu, ailədaxili münaqişə də ola bilər, zorakılıq da, başqa travmatik hadisə də. Belə uşaqlara xüsusi yanaşma mütləqdir".

O vurğulayıb ki, onlar uşaq evlərinə yerləşdirilməzdən əvvəl xüsusi reabilitasiya mərhələsindən keçməlidirlər:

"Uşaq bir mühitdən tam fərqli başqa mühitə düşür. Böhran vəziyyətindən çıxarılması və kollektivə adaptasiyası üçün xüsusi proqramlar hazırlanmalıdır. Əks halda uşaq sadəcə müəssisədə qalır, amma psixoloji və sosial baxımdan formalaşmır".

K.Ağazadə qeyd edib ki, önəmli problemlərdən biri təhsilə yanaşmadır:

"Bu gün internat məktəblərindən çıxan yeniyetmələrin neçəsi ali və ya peşə təhsili alır? Az nümunə çəkə bilərəm. Əsas diqqət onların təhsilə fokuslanmasına yönəlməlidir. Məqsəd hamının bakalavr olması deyil. Xidmət sahəsində də onların çox böyük töhfəsi ola bilər".

O bildirib ki, qanunvericilik 18 yaşdan sonra da təhsil alan gənclərə müəyyən imkanlar yaradır:

"Əgər gənc oxuyursa, dövlət himayəsi davam edir. Universiteti və ya magistraturanı bitirənə qədər müəssisədə qalmaq imkanı var. Amma işləyən gənc artıq uşaq evində qala bilmir. Bu zaman kirayə məsələsi ortaya çıxır və sual yaranır: Belə şəraitdə təhsil nə qədər effektiv olacaq?"

K.Ağazadə rəhbərlik etdiyi qurumun təcrübəsindən də danışıb və bildirib ki, motivasiya və davamlı müşayiət əsas amildir:

"Hazırda 14 qızımız universitet və kolleclərdə təhsil alır. Onlardan 10-u SOCAR-ın 10 aylıq təlim və təcrübə proqramına cəlb olunub. Bu proqramlar uşaqlar üçün ödənişsizdir və nəticədə real iş imkanları yaranır".

O, konkret bir uğur nümunəsini də bölüşüb:

"Bir gəncimiz var idi, davamlı kitab oxuyurdu. Onun potensialını gördük, əlavə müəllimlər tutduq. Universitetə qəbul olundu, yataqxana məsələsini həll etdik. Amma əlaqəni kəsmədik. Bu gün tanınmış şirkətlərdən birində departament rəhbəridir və özü də gənclərə dəstək proqramları hazırlayır".

K.Ağazadə hesab edir ki, müəssisə uşağın sadəcə qalma yeri deyil, evi olmalıdır:

"Necə ki, valideynlə yaşayan uşaq 18 yaşdan sonra ailədən ayrılmır, bu uşaqlara da tam formalaşana qədər eyni imkanlar yaradılmalıdır. Bu işə çox erkən yaşdan başlamaq və uşaq müəssisələrində ciddi islahatlar aparmaq lazımdır".

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirib ki, məsələ sistemli yanaşma tələb edir:

"18 yaşına qədər uşaqlara dövlət tərəfindən dəstək göstərilir, vəsait ayrılır. Amma 18 yaşdan sonra onlar işləməli olurlar. Təhsil verilir ki, taleləri qeyri-müəyyən qalmasın".

Deputat qeyd edib ki, bu kateqoriyadan olan gənclərin işlə təminatına xüsusi diqqət ayrılmalıdır:

"Onların sahibsiz qalmaması üçün konkret addımlar atmaq mümkündür. Xüsusilə işlə təminat istiqamətində daha həssas və məqsədyönlü yanaşma olmalıdır".

Mütəxəssislərin fikrincə, valideyn himayəsindən məhrum olmuş gənclərin cəmiyyətə qazandırılması üçün yalnız hüquqi mexanizmlər kifayət deyil. Davamlı sosial müşayiət, keyfiyyətli təhsil, peşə bacarıqları və real məşğulluq imkanları əsas şərtlərdən biridir.

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Mart 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri