Icma.az
close
up
RU
Kukla Teatrı Yeni İli Şaxta Baba haradadır?” tamaşası ilə qarşılayacaq AZƏRTAC

Kukla Teatrı Yeni İli Şaxta Baba haradadır?” tamaşası ilə qarşılayacaq AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 27-də Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində balacalar üçün “Şaxta Baba haradadır?” tamaşası nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə işi hər gün 4 seans olmaqla (12, 14, 16 və 18:00) 5 yanvar 2025-ci il tarixinədək nümayiş olunacaq.

Birhissəli uşaq tamaşasının (Azərbaycan dilində) səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.

Tamaşada personajları (kukla və canlı plan olmaqla) teatrın aktyorları Aygül Ağayeva, Səriyyə Mansurova, Cavid Telman, Elnur Xəlilov, Araz Həsənli, Elxan İsmayılov, Könül Nəsibova, Vüqar İsmayılov və Səbinə Məmmədova canlandıracaqlar.

Musiqi tərtibatlı tamaşanın əsas ideyası uşaqları nağıllar aləminə aparmaqla onların bu sehr dolu dünya ilə təmasına nail olmaqdır.

Səhnə əsərində cərəyan edən hadisələr ümumilikdə əyləncəli məzmun kəsb etsə də, burada əsas mahiyyət balaca tamaşaçılara xeyirxahlıq, dürüstlük, özünə inam və ətrafa sevgi aşılamaqla onları bəd əməllərdən, pislik və paxıllıqdan uzaq saxlamaqdır.

Bir saatlıq səhnə işində milli və dünya klassik nağıl qəhrəmanları, hamımıza tanış personajlar bir səhnədə toplaşaraq şənliyə gedərkən yolunu itirib, sıx meşənin dərinliklərində azan Şaxta Babanı axtaracaqlar. Arabir bu işə tamaşaçıları da sövq edəcəklər.

Macəra dolu tamaşada hadisələr komik və həyəcan dolu anların uğurlu səhnə həlli ilə davam edəcək. Şər qüvvə hesab olunan personajlar nə qədər mane olmağa çalışsalar da, sonda sevilən qəhrəmanlar onların planlarını pozub, Şaxta Babanı şənliyə çatdıracaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Dekabr 2024 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see261

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see224

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see204

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see190

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see175

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see144

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see143

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see137

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri