Qax Dövlət Kukla Teatrı yeni mövsümü “Balaca pəri” tamaşası ilə açıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qax, 19 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrı 54-cü teatr mövsümünün açılış günündə uşaqlara Voymil Rabadanın “Balaca pəri” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.
Rejissor Rahib Məmmədovun quruluş verdiyi tamaşanın rəssamı Mayıs Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Tamaşada rolları Aynurə Abbasova (Balaca pəri), Cəbrayıl Quluşov, Azər Kərimov, Məlahət Məmmədova və Afət Yaqubova ifa ediblər.
Teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda teatrda bu ilin repertuar planına daxil edilən Çingiz Ələsgərlinin “Pinokionun sərgüzəştləri” əsəri əsasında səhnələşdirilən tamaşa üzərində məşqlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 19 Sentyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















