Icma.az
close
up
RU
Kuklaçılar beynəlxalq festivala gedir FOTO

Kuklaçılar beynəlxalq festivala gedir FOTO

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Kukla Teatrı növbəti beynəlxalq teatr festivalına gedir. Budəfəki ünvan dost Qazaxıstan Respublikasıdır.

Bu barədə Milli.Az-a teatrın mətbuat xidmətindən bildirilib.

Belə ki, 20-26 may 2025-ci il tarixlərində qardaş ölkənin Almatı şəhərində "Orteke" VII Beynəlxalq Kukla Teatrları Festivalı  baş tutacaq.

Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Almatı Dövlət Akademik Koreya Musiqili Komediya Teatrı bazasında artıq yeddincisi reallaşacaq festival nəinki türkdilli ölkələrdə ümumilikdə beynəlxalq teatr mühitində böyük nüfuza malikdir.

Festivalın münsiflər heyətində Qazaxıstan və qonşu ölkələrdən teatr mütəxəssisləri ilə yanaşı, dünya kukla teatrı sferasında seçilən peşəkarlar təmsil olunurlar.

Tədbirin tarixinə nəzər salsaq, öncəki illərdə hər dəfə müxtəlif ölkələrdən 15-dən artıq teatr və onlarla teatr mütəxəssisinin təmsil olunduğunu görürük.

Nominasiyalı festivalda qaliblər "Ən yaxşı tamaşa", "Ən yaxşı rejissor işi", "Ən yaxşı aktyor işi", "Ən yaxşı rəssam işi"  və "Ən yaxşı musiqi tərtibatı" üzrə təltif olunacaqlar.
Nüfuzlu teatr bayramında ölkəmiz Azərbaycan Dövlət Kukla Teatrı repertuarında özünə möhkəm yer tutan "Melisa" tamaşası ilə iştirak edəcək.

Sevinc Nuruqızının eyniadlı nağıl-povesti əsasında hazırlanan tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır. 
6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan birhissəli uşaq tamaşasında obrazları Səriyyə Mansurova,  Aygül Ağayeva, Cavid Telman, Elgün Həmidov canlandırırlar.

Sonu nikbin bitən hüznlü, həsrət dolu hekayənin qəhrəmanı uşaqlara sevgini, sədaqəti, heç vaxt tükənməyən ümidi, inamı və ən əsası da güclü olmağı təlqin edən çəhrayı saçlı gəlincik Melisadır. 

İllər əvvəl sahibindən ayrı düşən, başına fərqli hadisələr gələn, keçən zamanda fərqli insanlar tanıyan Melisa bir an belə olsun inamını, ümidini itirmir, sahibinə qovuşacağı günü gözləyir. Sonda xoş təsadüf nəticəsində bu xəyalı gerçək olur.

Melisa (gəlincik) və onun "yaşadıqlarını" fərqli formalarla tamaşaçıya təqdim edən səhnə işinin əsas ideyası uşaqlara həyatın yalnız çəhrayı rəngdən ibarət olmadığını göstərməkdir. Axı Melisa görür, hiss edir, düşünür, anlayır və anladır. O, təkcə gəlincik deyil, sadə həqiqətləri anlatmağa çalışan çəhrayı saçlı sevgidir. Tamaşaçını inandırır ki, bu dünyanı yalnız sevgi xilas edə bilər...

Xatırladaq ki, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərliyi ilə 10 nəfərdən ibarət heyət bu beynəlxalq səfərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə iştirak edəcək.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 May 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri