Icma.az
close
up
RU
Kuklaçılar beynəlxalq festivala gedir

Kuklaçılar beynəlxalq festivala gedir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Kukla Teatrı növbəti beynəlxalq teatr festivalına gedir. Budəfəki ünvan dost Qazaxıstan Respublikasıdır.

Teatrın mətbuat xidmətindən XQ-yə bildirilib ki, 20-26 may 2025-ci il tarixlərində qardaş ölkənin Almatı şəhərində “Orteke” VII Beynəlxalq Kukla Teatrları Festivalı  baş tutacaq.

Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Almatı Dövlət Akademik Koreya Musiqili Komediya Teatrı bazasında artıq yeddincisi reallaşacaq festival nəinki türkdilli ölkələrdə ümumilikdə beynəlxalq teatr mühitində böyük nüfuza malikdir.

Festivalın münsiflər heyətində Qazaxıstan və qonşu ölkələrdən teatr mütəxəssisləri ilə yanaşı, dünya kukla teatrı sferasında seçilən peşəkarlar təmsil olunurlar.

Tədbirin tarixinə nəzər salsaq, öncəki illərdə hər dəfə müxtəlif ölkələrdən 15-dən artıq teatr və onlarla teatr mütəxəssisinin təmsil olunduğunu görürük.

Nominasiyalı festivalda qaliblər “Ən yaxşı tamaşa”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı aktyor işi”, “Ən yaxşı rəssam işi”  və “Ən yaxşı musiqi tərtibatı” üzrə təltif olunacaqlar.

Nüfuzlu teatr bayramında ölkəmiz Azərbaycan Dövlət Kukla Teatrı repertuarında özünə möhkəm yer tutan “Melisa” tamaşası ilə iştirak edəcək.

Sevinc Nuruqızının eyniadlı nağıl-povesti əsasında hazırlanan tamaşanın səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır. 

6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan birhissəli uşaq tamaşasında obrazları Səriyyə Mansurova,  Aygül Ağayeva, Cavid Telman, Elgün Həmidov canlandırırlar.

Sonu nikbin bitən hüznlü, həsrət dolu hekayənin qəhrəmanı uşaqlara sevgini, sədaqəti, heç vaxt tükənməyən ümidi, inamı və ən əsası da güclü olmağı təlqin edən çəhrayı saçlı gəlincik Melisadır. 

İllər əvvəl sahibindən ayrı düşən, başına fərqli hadisələr gələn, keçən zamanda fərqli insanlar tanıyan Melisa bir an belə olsun inamını, ümidini itirmir, sahibinə qovuşacağı günü gözləyir. Sonda xoş təsadüf nəticəsində bu xəyalı gerçək olur.

Melisa (gəlincik) və onun “yaşadıqlarını” fərqli formalarla tamaşaçıya təqdim edən səhnə işinin əsas ideyası uşaqlara həyatın yalnız çəhrayı rəngdən ibarət olmadığını göstərməkdir. Axı Melisa görür, hiss edir, düşünür, anlayır və anladır. O, təkcə gəlincik deyil, sadə həqiqətləri anlatmağa çalışan çəhrayı saçlı sevgidir. Tamaşaçını inandırır ki, bu dünyanı yalnız sevgi xilas edə bilər...

Xatırladaq ki, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərliyi ilə 10 nəfərdən ibarət heyət bu beynəlxalq səfərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə iştirak edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:295
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 May 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri