Icma.az
close
up
RU
Küləklər şəhərinin DƏRDİ: Bakı küləkləri sağlamlığımıza necə təsir edir?

Küləklər şəhərinin DƏRDİ: Bakı küləkləri sağlamlığımıza necə təsir edir?

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bakı küləklər şəhəridir" - bu ifadə sadəcə poeziya deyil, şəhərin iqlim və insan sağlamlığı ilə bağlı reallığıdır. Səbrsiz əsən Xəzri, qəfil qopan Gilavar təkcə saç düzümümüzü pozmur, bədənimizin bioloji balansına da təsirsiz ötüşmür.  

BAKU.WS xəbər verir ki, əksər bakılılar küləkli günlərdə astma, baş ağrısı, oynaq ağrıları, hətta psixoloji gərginlik hiss edir. 

Bəs küləyin insan orqanizminə təsiri elmi cəhətdən nə ilə izah olunur?

Həkimlər bildirir ki, güclü və davamlı külək sinir sisteminə təzyiq edir, bu da əsəbilik, yuxusuzluq və gərginlik yaradır. Həmçinin külək xüsusilə yaşlı insanlarda qan təzyiqini dəyişə bilər. Baş və oynaq ağrılarını artırır, çünki hava təzyiqi və temperatur dəyişikliyi sinirləri və əzələləri həssaslaşdırır. Allergik reaksiyaları şiddətləndirə bilər - külək toz, polen və allergenləri daşıyır. Bundan başqa, Astma və bronxit xəstələri üçün daha çətin nəfəs alma şəraiti yaradır.

Xəzri və Gilavarın təsiri

Xəzri (soyuq şimal küləyi) baş və boyun ağrıları artır, qan təzyiqi düşə bilər. Bəzi insanlarda depressiv hal da yaradır.

Gilavar (isti cənub küləyi) isə qan dövranını sürətləndirir, amma eyni zamanda halsızlıq və yorğunluq verə bilər. Meteoroloji həssaslığı olan insanlar bu dəyişiklikləri daha tez və kəskin hiss edir.    

Mütəxəssislərin fikrincə küləkli günlərdə baş, boyun və qulaq nahiyəsini qorumaq, pəncərələri bağlamaq, evdə toz sirkulyasiyasını minimuma endirmək lazımdır. Həmçinin əsəbi və psixoloji gərginlikləri azaltmaq üçün rahatladıcı bitki çayları içmək, açıq havada xüsusilə səhərlər uzun müddət qalmaqdan çəkinmək məsləhətdir.

Əgər xroniki tənəffüs və ya oynaq probleminiz varsa həkiminizin hava dəyişikliyinə uyğun təlimatına əməl edin.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 İyul 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri