Icma.az
close
up
RU
Küləklər şəhərinin külək dəyməyən insanları

Küləklər şəhərinin külək dəyməyən insanları

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Hə, hər şeydə bir mədəniyyət olduğu kimi, məişət tullantılarının da evdən kənarlaşdırılmasında bir mədəniyyət gərəkdir. Əcəba, bu mədəniyyət küləyi hər kəsin yanından ötəndə onun üzünə yumşaq bir şillə kimi toxunubmu?

Belə görürəm ki, əsla. Zibil atmaqla bağlı mədəniyyət dəxi külək olub çoxları səmtə əsməyib. Ki, şəhərimizdə gördüyümüz mənzərələr bunu demək üçün kifayət qədər əsas verir.

Bu tullantı məsələsi belədir ki, biz marketlərdən evə daşıdığımızın qalığını, qabığını, işlənmişini də eyni qaydada evdən bayıra daşımağa məcburuq. Bu, bizim borcumuzdur.

Şəhərimizin məhəllələrində qarşılaşırıq ki, budur, məişət tullantıları qutuları sıra ilə düzülüb, səliqəli şəkildə. Hətta qapaqlı belə. Ona görə qapaqlı ki, təmizliyə daha çox riayət olunsun, iy-qoxu ətrafa yayılmasın. Biz nə edirik? Evdən çıxırıq, tullantı da əlimizdə, xeyli yol gəlirik, insafən, xeyli. Qutulara çatmağa bircə metr qalmış zibili bu qutuların ətrafına atırıq və elə sürətlə qayıdırıq ki, ya bizi bu qutulardan iy-qoxu vurar, ya da ki, kənardan görən olar ki, biz zibili qutunun içərisinə deyil, ətrafına atdıq.

Hələ, maşınla zibil atanlar da var, onları demirəm. Ay qardaş, bu maşının sahibi niyə zibil qutusunun pedalını sıxmalıdır ki? Kişinin oğlu yeməyib-içməyib özünə bir maşın alıb ki, bir zibildən ötrü maşından aşağı düşsün? Arvad evdən çıxanda əl çəkmir ki, sən canın, bu zibili də at. Kişi də evdən çıxdığına şükür elədiyi üçün zibili də götürür ki, aradakı mehribanlığa xələl gəlməsin.

İndi bu adam nə etməlidir ki? Bir dəfə maşına həyətdə minməli, bir dəfə də tullantı qutularının yanında enməli-minməlidir ki, nədir-nədir, zibil atıram? Adam heç qapını da açmır, pəncərədən tullayıb qutuların ətrafına, çıxıb gedir.

Uşaq gedir məktəbə, ya hazırlığa, ana deyir ki, ay bala, enəndə o zibili də at. Uşaq da istəməsə də, etməyə məcburdur, nə etsin. Anadır, sözündən çıxmamaq kimi bir mədəniyyətə malikik. Götürür zibili, ta yolundan qalıb dalana tərəf dönməyəcək ki... Oralarda bir ağacın-zadın altına atıb aradan elə əkilir ki, amandır, görən olar.

Elə olsun, bəzi evdar xanımlar, guya onlar uşağı havaya çıxaranda, marketə alış-verişə gedəndə zibili gətirib düz məişət tullantısı qutularının içərisinə atırlar? Niyə də atsınlar ki, əziyyət olmaz məgər? Elə uzaq məsafədən tullayırlar ki, amandır, birdən yaxına gedərik, üstümüzə iy-qoxu hopar.

Beləliklə, bir də baxırsan ki, ilahi-pərvərdigara, tullantı qutularının ətrafında bir mənzərə var, gözlü olasan, görməyəsən, yox əşi, elə yaxşısı budur ki, kor olasan, görməyəsən. Onsuz da tullantılar da bəzi ərazilərdə vaxtında götürülmədiyindən orada, necə deyərlər, aləm bir-birinə qarışır.

Belə baxırsan-baxırsan, sonra yaxınlıqdakı skamyalardan birində əyləşib fikir eləməyə başlayırsan ki, nə olardı ki, bu mədəniyyət küləyi buralarda da əsərdi də. Axı bu küləklər şəhərində necə olur ki, bir neçə növ küləyin biri bu mədəniyyət küləyini əsdirmir bizə tərəf... Kaş ki əsdirərdi. Kaş ki... Bayırdan içəri daşıdıqlarımızı necə səliqəli şəkildə aparırıqsa, evdən bayıra gəlməliləri də eyni qayda ilə gətirib bu qutuların içərisinə atardıq. Maraqlıdır ey, vallah, heç təsadüf etmişiniz ki, bir nəfər marketdən gələndə aldıqlarını ağacın altında qoyub evə gedə və yaxud da blokun ağzında, maşının yanında unuda? Əsla görə bilməzsiniz. Bəs belə isə biz o aldıqlarımızın atılmalı olan hissələrini nə üçün küçə-bacaya səpələyirik?

Gedib çatırıq qutuların yanına, bir addımımıza qıyıb onun pedalını sıxıb zibili içəriyə atmırıq, yanına tullayırıq. Maşından enməyin dərdindən maşının pəncərəsindən tullayıb qaçırıq.

Şəhərimizin gözəlliyinə, udduğumuz havaya bu qədər “diqqətlə” yanaşan adamlara nə deyəsən, nə arzulayasan? Arzu etsən ki, zibili qutulara atsınlar, vallah ümidvar olaq ki, bu arzu heç vaxt reallaşmayacaq. Çünki...

Hə, düşündüm və tapdım. Biz belə insanlara yalnız o küləkdən arzulamalıyıq. Beləliklə, arzu edirəm ki, şəhərimizə güclü bir mədəniyyət küləyi əssin. Bu külək zibil atmağı bacarmayanların üzünə elə bir şillə vursun ki, bəlkə ayılıb, mədəni olmağı, nəyi hara və necə atmağın düzgün olduğunu dərk edələr. İnşallah ki, o külək yaxınlarda əsər...

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Aprel 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri