Icma.az
close
up
RU
Küləkli havalarda təhlükəsizlik Qurumuş və əyilmiş ağaclar öncədən KƏSİLİR?

Küləkli havalarda təhlükəsizlik Qurumuş və əyilmiş ağaclar öncədən KƏSİLİR?

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaxın günlərdə hava şəraitinin kəskinləşəcəyi, küləkli, yağıntılı keçəcəyi gözlənilir. Belə havada həm piyadalar, həm də sürücülər üçün bəzi təhlükəli hallar yarana bilir. Bunlardan biri də qurumaqda və çürüməkdə olan ağacların aşmasıdır. Belə ki, dəfələrlə küləkli havada avtomobillərin üzərinə ağaclar aşıb, piyadaların həyatları üçün təhlükəli vəziyyətlər yaranıb.
Maraqlıdır ki aiddiyəti qurumlar tərəfindən belə qəzaların baş verməməsi üçün əyilmiş, qurumuş və ya budamalı olan ağaclar öncədən kəsilirmi? Yaxud başqa hansı tədbirlər görülür?
Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, birliyin növbətçi qrupları tərəfindən külək nəticəsində aşmış ağacların götürülməsi operativ olaraq təmin edilir:
 

MÖVZU İLƏ BAĞLI:
Güclü külək əsəcək – BU TARİXDƏ


“Bundan əlavə, şəhərin müxtəlif ərazilərində monitorinqlər aparılır və budama işləri də mövsüm zamanı gündəlik olaraq aparılır”, - deyə bildirilib.
Həmçinin açıqlamada qeyd olunub ki, ağacların kəsilərək götürülməsi isə yalnız Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi əsasında həyata keçirilir.
Dövlət Ekoloji Ekspertiza Agentliyindən isə sorğumuza belə cavab verilib:
“"Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş ağacların götürülməsi üçün vətəndaş torpaq mülkiyyətçisinə - yəni müvafiq olaraq mərkəzi, yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə, onlar da öz növbəsində rəy alınması üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət etməlidirlər.

Ekspertlər tərəfindən sözügedən yaşıllıqlara baxış keçirilir, ağacların quruma səbəbini müəyyən etmək məqsədilə torpaqdan nümunələr götürülərək analizlər aparılır və nəticələrə əsasən qanunamüvafiq tədbirlər görülür. Ağacların götürülməsinə müsbət rəy verildikdə torpaq mülkiyyətçisi tərəfindən ağacların götürülməsi həyata keçirilir”.


O da vurğulanıb ki, götürülən hər bir ağacın əvəzinə yerli iqlimə xas yeni tingin əkilməsi şərti qoyulur.
Nəzrin Mirzəyeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Yanvar 2026 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri