Icma.az
close
up
RU
Gəncədə qurumuş ağaclar nömrələnir Fotolar KONKRET

Gəncədə qurumuş ağaclar nömrələnir Fotolar KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Gəncə şəhərində qurumuş, qəzalı və ətraf mühitə mənfi təsir edən ağacların nişanlanması işlərinin aparılmasında məqsəd yaşıllıq sahələrinin sağlamlaşdırılması, estetik görünüşün yaxşılaşdırılmasıdır. Eyni zamanda, Gəncəni yaşıllıqlarla zəngin məkana çevirmək, həmçinin yaşıllıqlara qanunsuz müdaxilələrin və sui-istifadə hallarının qarşısını almaq, yaşıllıqları mühafizə etməkdir”​. 

KONKRET.az xəbər verir ki, bunu “qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.

“Eyni zamanda bioloji müxtəlifliyin dəstəklənməsi və iqlim dəyişikliyinə qarşı adaptasiya tədbirləri baxımından da bu cür planlı işlər olduqca əhəmiyyətlidir”, – M.Qənbərov əlavə edib.

“İndiyədək ətraf-mühitlə bağlı bizi qane etməyən məsələlər var idi. Qurumuş, qəzalı, ağacların götürülmədən öncə inventarlaşdırılması, nömrələnməsi, etiketlənməsi, sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatların olması, bu informasiyaların www.agac.az səhifəsinə yerləşdirilməsi həm də sui-istifadə hallarının qarşısını alacaq. İlk dəfə Gəncədə pilot layihə olaraq belə yanaşma tətbiq olunur. İstənilən vərəndaş səhifəyə daxil olaraq, ağacın müqəddəratı ilə bağlı məlumatlana bilər. Bundan sonra o siyahıda hansısa uyğunsuzluq olarsa, aşkarlanacaq ki, ağaclar haradan və necə götürülüb”, – qurum rəsmisi bildirib.

O qeyd edib ki, görülən bu tədbirlərin ictimaiyyətə daha əlçatan olması üçün nişanlanan ağacların sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatlar mütəmadi şəkildə www.agac.az səhifəsində əks olunacaq ki, bununla da ictimaiyyət bu məlumatları daha asan əldə edə biləcək.







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Avqust 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri