Icma.az
close
up
RU
Kurban Berdıyev: Qurbanov Azərbaycanın ən güclü məşqçilərindəndir

Kurban Berdıyev: Qurbanov Azərbaycanın ən güclü məşqçilərindəndir

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

"Turan Tovuz" Misli Premyer Liqasının 20-ci turunda səfərdə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Evdəki ağır məğlubiyyətdən sonra bu gün var gücləri ilə mübarizə apardıqlarına görə uşaqlara təşəkkür edirəm. Bütün detallarda uduzduqları məqamda belə inamla, ümidlə oynayırdılar. Əlimizə belə imkanlar düşdü və biz bunlardan yararlandıq.

- "Kəpəz"lə oyundan sonra nəyi dəyişdiz?

- Çətin sualdır. Futbolçuların hər biri ilə fərdi şəkildə danışmaq lazım gəldi. Onlara bildirdim ki, yanaşmanı dəyişmək lazımdır. İnanıram ki, "Kəpəz"lə oyundakı məğlubiyyət bir daha təkrarlanmayacaq.

- Yanaşmanı dəyişmək lazımdır dediniz. Futbolçular rəqiblərə fərqli yanaşır?

- "Kəpəz"lə matç ən pis oyunumuz idi. Yanaşma bir az fərqli idi. Sadəcə bunun üzərində işlədik.

- "Qarabağ" FKSB ilə matçda kornerdən 3 qol buraxmışdı. Bunun üzərində xüsusi işləmişdiz?

- Biz istər müdafiə planında, istər hücumda, hər zaman standart vəziyyətlərin üzərində işləyirik. Təəssüflər olsun ki, ötən matçda standart vəziyyətlərə ciddi yanaşmadıq.

- Veysəl Rzayevin sol cinah müdafiəçisi kimi performansını necə dəyərləndirirsiz?

- Bu gün Veysəl çox yaxşı oynadı. Bilirik ki, o, akademiyada həm sağ, həm də sol cinah müdafiəçisi kimi oynayıb. Bu, onun üçün yenilik deyildi. Həmçinin Rəhim Sadıxovu qeyd edərdim. Komandada belə oyunçular var. Veysəl Rzayev də onlardan biridir.

- Penalti gözlədiyiniz epizod var idi. Bunu necə şərh edərdiniz?

- Mən adətən hakimlər haqda danışmıram. Mənim olduğum uzaq mövqedən penaltiyə oxşayırdı. Təkrara baxmamışam. Dəqiq nəsə deyə bilmərəm.

- Qurban Qurbanovun zəif nöqtəsini tapdığınızı demək olar?

- Bu cür yaxşı məşqçinin zəif nöqtəsi az olur. Sadəcə olaraq Allah bizə belə oyunlarda yardım edir. "Qarabağ" Azərbaycan futbolunun "flaqman"ıdır. Qurban Qurbanov da Azərbaycanın ən güclü məşqçilərindən biridir.

Edersondan unikal göstərici Millimizin üzvü: "Etimadı doğrultmalı idik" Millimiz ilkin mərhələdə ikinci oyununa çıxır “Səbail”dən qələbə, “Sabah”dan heç-heçə - video Vasili Berezutski: “Çalışmağa davam edəcəyik”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://apasport.az
archiveBu xəbər 26 Yanvar 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri