Icma.az
close
up
RU
Ən yaxşı azarkeşlər bizdədir Kurban Berdıyev

Ən yaxşı azarkeşlər bizdədir Kurban Berdıyev

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Turan Tovuz" Misli Premyer Liqasının 16-cı turunda öz meydanında "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edib.

QOL.az xəbər verir ki, qərb bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İki fərqli hissə izlədik. İlk hissədə həvəssiz oyun nümayiş etdirdik. Amma ikinci hissədə tam əksi oldu. Futbolçular öz xarakterlərini göstərdilər. Onlara görə sevinirəm.

- Azarkeş olsanız, "Turan Tovuz"un oyunundan zövq alarsınız?

- İlk hissədən yox. Amma ümumilikdə yaxşı təsir bağışladığmız və ya əksinə anlar olub.

- Araş Qaderini bundan sonra da hücumda oynatmaq fikriniz var?

- Araşı tanıdığıma görə onu meydana buraxdıq. Stressli anlarda yaxşı oynamağı bacarır. Yavaş-yavaş əvvəlki formasını bərpa edir. Mən onu İrandan tanıyıram.

- "Şamaxı"nın ikinci qolundan əvvəl qayda pozuntusu gözlədiniz, sizin də ləğv olunan qolunuz oldu. Bu epizodları necə şərh edərdiniz?

- Hamı səhv edə bilər. Məşqçilər də, oyunçular da, təbii ki, hakimlər də. Əsas odur ki, bilərəkdən olmasın. Allah hər şeyi görür.

- Deniz Marandiçidən sonra bu gün Xəyal Nəcəfov da zədələndi. Qarşıdakı matçlarda heyətlə bağlı problem yaşamayacaqsınız?

- Bu gün Fərid Yusifli özünü yaxşı tərəfdən göstərdi. Xəyalın da növbəti oyuna hazır olacağını gözləyirik. Zədəsi ciddi deyil.

- Qələbəni Denis Marandiçiyə həsr edirsiniz?

- Əlbəttə ki, onun yoxluğunu hiss etdik, Bu gün futbolçular Denisin formasını nümayiş etdirdilər. Uşaqlar onunla mütəmadi əlaqə saxlayır. Bu gün qələbəni Denisə həsr etdik.

- Qış hazırlığı ilə bağlı planınız nədir? Sizcə, vaxt az deyil?

- Müddəti federasiya müəyyənləşdirir. Təbii ki, vaxt azdır. Futbolçular yaxşı istirahət etməlidir. Biz 4-13 yanvar tarixləri arasında Türkiyədə hazırlıq keçməyi düşünürük.

- Qələbədə azarkeşlərin payı nə qədərdir?

- Ən yaxşı azarkeşlər bizdədir. Səfərdə də bizimlə olurlar. (sportal.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://qol.az
archiveBu xəbər 09 Dekabr 2024 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri