Kurban Berdıyev Rusiyanın aparıcı klubunda çalışdırıcı kimi nəzərdən keçirilir
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Hazırda Azərbaycanın “Turan Tovuz” klubunu çalışdıran Kurban Berdıyev “Spartak”ın baş məşqçisi postuna namizəddir.
İdman.Biz-in məlumatına görə, Rusiya millisinin sabiq futbolçusu İvan Novoseltsev bildirib ki, Moskvanın “Spartak” klubu Deyan Stankoviçi qovmalı və hazırda Azərbaycanın “Turan Tovuz” klubunu uğurla idarə edən Kurban Berdyevi baş məşqçi vəzifəsinə dəvət etməlidir.
Novoseltsev vurğulayıb ki, Berdiyev böyük təcrübəyə malikdir və komandanı yeni səviyyəyə qaldırmağa qadirdir.
“Vaxtilə Berdıyev “Spartak”a rəhbərlik edə bilərdi. İnanıram ki, indi də o dəvət olunsa, bu, çox yaxşı qərar olar. Qurban Bekiyeviçin böyük təcrübəsi var və o, nailiyyətləri ilə nəticə əldə edə biləcəyini nümayiş etdirdi", - Novoseltsev deyib.
Kurban Berdıyev “Rubin”lə iki dəfə (2008, 2009) Rusiya çempionu olub və hazırda onun rəhbərliyi altında 7 turdan 15 xal toplayan “Turan Tovuz”la Azərbaycan çempionatına başçılıq edir.
Baxış sayı:90
Bu xəbər 09 Oktyabr 2025 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















