Kurban Berdiyevin istefa xəbərinə “Turan Tovuz”dan CAVAB İdman və Biz
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Rusiya mətbuatında Misli Premyer Liqasının 14-cü turundan sonra “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevin klubdan ayrılması xəbəri yalandır.
Bunu İdman.biz-ə Tovuz təmsilçisinin mətbuat xidmətindən açıqlayıblar.
Bildirilib ki, bu xəbər dezinformasiyadan başqa bir şey deyil: “Kurban Berdiyev hazırda klubun bazasındadır və saat 15:00-da “Turan Tovuz”un əvəzedicilərdən ibarət komandasının oyununu izləyəcək”.
Rusiya mətbuatı mütəxəssisin klub rəhbərliyi ilə qalmaqal yaşaması səbəbindən istefa verdiyini yazıb. Hətta onun yerinə "Turan Tovuz"a Dmitri Smirnov, Vasili Berezutski və Aleksandr Naqornının rəhbərlik edəcəyi də qeyd olunub.
“Turan Tovuz” Premyer Liqanın 14-cü turunda “Sabah”la 1:1 hesablı heç-heçə edib.
Emin Ağa
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 25 Noyabr 2024 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















