Icma.az
close
up
RU
Kürdəmir rayonunda ilk dəfə olaraq “Bostan Festivalı” keçirilib FOTOLAR

Kürdəmir rayonunda ilk dəfə olaraq “Bostan Festivalı” keçirilib FOTOLAR

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

“Bostan Festivalı” Kürdəmir Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Kürdəmir şəhərinin Heydər Əliyev prospektində (Kürdəmir rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında) təşkil olunan festivalda Kürdəmirdə əsasən bostançılıq fəaliyyəti ilə məşğul olan fermerlər, digər məhsul istehsalçıları iştirak edib, stendlərdə maraqlı sərgilər, müsabiqələr, yerli mətbəx təqdim edilib.

Pəhləvan və kəndirbazın çıxışı maraqla izlənilib və konsert proqramı nümayiş olunub. Konsert proqramında rayonunun incəsənət ustaları, müğənni və xanəndə, Azərbaycan Dövlət Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solisti Mirələm Mirələmov da iştirak edib.

Festivalda Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Milli Məclisinin deputatları Jalə Əliyeva, Əminə Ağazadə, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Fuad Məmmədov, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev çıxış edərək qeyd ediblər ki, Kürdəmir rayonunda təşkil olunmuş möhtəşəm “Bostan Festivalı”nın rayonda aqro-turizm potensialının artırılmasına, yerli kənd təsərrüfatı imkanlarının tanıdılmasına, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirməsinə, eləcə də rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərəcək, bostan bitkilərinin Kürdəmir rayonu üçün brendləşməsinə, rayonun turizm və mədəni potensialını önə çıxaracaqdır.

Festival “Aqrar sahədə dövlətin maliyyə mexanizmləri” panel müzakirə ilə davam edib. Panel müzakirədə çıxış edənlər Kürdəmir rayonunda ilk dəfə təşkil olunan bu festivalın bostançılıq fəaliyyəti ilə məşğul olan fermerlərin innovativ həllərə əsaslanan texnoloji yeniliklərə əlçatanlığının təmin olunması və təşviqi, bostançılıq sahəsində fəaliyyət göstərən şirkətlər arasında təcrübə mübadiləsi, qarşılıqlı faydalı işgüzar görüşlərin keçirilməsi, dövlət və özəl qurumlar, elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinə səbəb olacağını vurğulayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 İyul 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri