YAP Kürdəmir rayon təşkilatında görüş keçirilib FOTOLAR
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
12.03.2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatında partiyanın fəal üzvü Aşıq Əhməd küçəsi 36 ərazi partiya təşkilatının sədri olan Həsənova Sevinc Adil qızının 50 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb. Görüşün sonunda Sevinc Həsənovaya partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına görə və 50 illik yubileyi münasibətilə Fəxri Fərman, gül buketi və xatirə hədiyyəsi təqdim edilmişdir.
Sonda çıxış edən ərazi partiya təşkilat sədri Sevinc Həsənova göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 12 Mart 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















