Icma.az
close
up
RU
Kürdəmirdə arvadını görməyə gedən kişi döyüldü Xəbər saytı Son xəbərlər və Hadisələr

Kürdəmirdə arvadını görməyə gedən kişi döyüldü Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kürdəmir rayonunda 2004-cü il təvəllüdlü Nəsib şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qohumu Cəlilə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Kürdəmir rayonunun kəndlərindən birində baş verib.

Nəsib kənd ərazisində qohumu Cəlilin nənəsigilə gələrək, onu narahat etməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı onun boğazından əli ilə sıxıb və yumruqla sifətindən bir-neçə dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Nəsibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, zərərçəkmiş Cəlil onun qohumudur, münasibətləri həmişə yaxşı olub:

"Məlum hadisə günü, saat 22 radələrində nənəm Sonanın evindən səs-küy gəldiyini eşidərək oraya getmək üçün küçəyə çıxdım. Həmin vaxt küçədə qohumum Cəlili gördüm.

Cəlilə bir daha bu evə gəlməməsini dedim və bununla bağlı aramızda mübahisə baş verdi. Bu zaman Cəlilin üzərinə gedərək boğazından tutdum, sifətinə bir-neçə dəfə yumruqla vurdum.

Cəlili vurarkən orada bizdən və nənəmdən başqa heç kəs olmayıb. Sonradan etdiyim hərəkətlərə görə peşman oldum. Cəlil ilə barışmışam, Cəlilə dəymiş ziyanı tamamilə ödəmişəm. Cəlil məni bağışlayıb".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Cəlilin sözlərinə görə, təqsirləndirilən Nəsib onun qaynı oğludur, aralarında ədavət və düşmənçilik olmayıb:

"Hadisə günü saat 22 radələrində arvadım Güneli görmək üçün qayınanam Sonanın yaşadığı evə getdim.

Qayınanam mənə irad tutdu, aramızda mübahisə düşəcəyini görərək küçəyə çıxdım. Küçədə Nəsib ilə rastlaşdım.

Aramızda gedən söhbət zamanı Nəsib mənə "sənə deməyiblər buraya gəlmə", - dedi.

Həmin vaxt arvadım Güneli görməyə gəldiyimi deyərək işlərimə qarışmamağı məsləhət gördüm.

Bu vaxt Nəsib sözlərimdən əsəbiləşərək üzərimə gəldi, boğazımdan yapışdı və yumruqla sifətimə bir-neçə dəfə vurdu.

Ayağa qalxaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum, baş verənlər barədə məlumat verdim. Həm də Kürdəmir Rayon Polis Şöbəsinə gedərək ərizə yazdım".

Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Nəsibin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Noyabr 2024 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see230

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see150

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see117

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see114

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see114

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see113

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see113

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see113

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see113

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see113

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see112

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see112

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see111

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see111

Milan italiyalı qolkiperi heyətinə qatıb RƏSMİ

18 İyul 2025 18:06see110

Şamaxı Ramiz Məmmədovla vidalaşdı

18 İyul 2025 17:47see109

Beşiktaş Kerem Aktürkoğluyu transferə hazırlaşır İki oyunçu və pul təklif olunub

18 İyul 2025 16:30see109

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see108

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see108

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri