Kürdəmirdə avtomobil aşıb: 5 yaralı
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Toyota" markalı avtomobilin sürücüsü 48 yaşlı Ramil Hüseynov qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində avtomobildə olan Pirli kənd sakinləri - 37 yaşlı Maxruq Əliyeva ,16 yaşlı Fatimə Əliyeva, 19 yaşlı Afaq Hüseynova, 47 yaşlı Səidə Hüseynova və sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Baxış sayı:63
Bu xəbər 29 Avqust 2026 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















