Kürdəmirdə magistral su borusu partladı 8400 abonent susuz qaldı FOTO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Kürdəmirdə magistral su boru xətti partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci km-də rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, qəza diametri 55 mm olan borunun partlaması nəticəsində qeydə alınıb. Qəza yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub.
Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Borunun partlaması nəticəsində ətrafdakı həyətyanı sahələrdə subasmaları baş verib və sakinlərə xeyli maddi ziyan dəyib.
Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21000 sakini içməli su ilə təmin edir.



Bizim.Media, Aran bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 27 Yanvar 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















