Kürdəmirdə mikroavtobus aşıb, xəsarət alanlar var
Icma.az, Anews portalına istinadən məlumat yayır.
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı mikroavtobus hərəkətdə olarkən idarəetməni itirərək aşıb.Nəticədə 5 nəfər - Göyçay rayon sakinləri, 68 yaşlı Süleyman Rəhimov, 17 yaşlı Şəfa Bəkirov, 18 yaşlı Nərmin Ələkbərova, Bakı şəhər sakinləri, Dmitri Nubaxoviç və Nəzakət Məmmədova müxtəlif xəsarətlər alıblar.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.www.anews.az

