Kürdəmirdə mikroavtobus AŞDI: Xəsarət alanlar var
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Kürdəmirdə yol-nəqliyyat hadisəsi zamanı beş nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes-Benz" markalı mikroavtobus hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb.
Qəza zamanı 5 nəfər - Göyçay sakinləri, 17 yaşlı Şəfa Bəkirov, 68 yaşlı Süleyman Rəhimov, 18 yaşlı Nərmin Ələkbərova, Bakı şəhər sakini Nəzakət Məmmədova və Yaqubov Dmitri Nubaxoviç müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Baxış sayı:101
Bu xəbər 20 Noyabr 2024 21:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















