Icma.az
close
up
RU
Kürdəmirdə qayınana kürəkənini dəmir parçası ilə döydü TƏFƏRRÜAT

Kürdəmirdə qayınana kürəkənini dəmir parçası ilə döydü TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kürdəmir rayonunda 1969-cu il təvəllüdlü Xumar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı kürəkəni Azərə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 14 sentyabr 2024-cü ildə Kürdəmir reayonunun kəndlərindən birində baş verib. 
Xumar həmin gün saat 18:30-da aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə və münaqişə zamanı kürəkəni Azərin bədəninin müxtəlif nahiyələrinə dəmir parçası ilə və bel taxtası ilə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Xumarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xumar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Səadət onun qızıdır: “Səadət Azər ilə ailə qurub. 2024-ci ilin sentyabr ayının 8-də Səadət kürəkənim Azər ilə bizə qonaq gəldi. Azər həmin günü Kürdəmir rayonuna geri qayıtdı, qızım Səadət isə mənim yanımda qaldı. Səadət bir neçə gün qaldıqdan sonra sentyabrın 14-də onu Kürdəmir rayonunun kəndində yerləşən evinə gətirdim. Qapıdan həyətə girdim. Səadət Azərdən “nəyə görə gəlib onu aparmadığını” soruşdu. Bu vaxt Azərin anası Mədinə bizi söydü və təhqir etdi, Səadətin üstünə cumdu. Əl çantası ilə Səadətin sifət nahiyəsinə vurdu. Sonra Azər anası ilə birilikdə məni və qızım Səadəti döydü. Hadisə zamanı Azər Səadəti tutduğuna görə Mədinə turşu bankasını götürərək onun başına vurdu. Mədinə daş parçası ilə Səadəti vurmaq istədi, daş parçası Azərə dəydi. Azər bankanın sınmış şüşəsi ilə Səadətin qoluna vurdu, ona xəsarət yetirdi. Sonra hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdik. Hadisə zamanı bizdən başqa ətrafda heç kim olamayıb. Səadətin qayınatası Hidayət hadisədən sonra gəldi. Mənə qarşı danışılanlar şər və böhtandır. Mən Azəri vurmamışam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Azərin sözlərinə görə, Biləsuvar şəhərində yaşayan Səadət ilə 2023-cü ilin dekabr ayında telefon vasitəsilə təsadüfən tanış olub: “Səadət ilə nişanlandım, 2024-ci ilin iyun ayının 29-da ailə qurduq. Həmin ilin sentyabr ayının 8-də Səadətin Biləsuvar şəhərində olan anasıgilə qonaq getdik. Həmin günü Kürdəmir rayonuna geri qayıtdım. Səadət isə anasıgildə qaldı”.
Zərərçəkmiş qeyd edib ki, sentyabrın 14-də Səadət anası Xumar ilə Kürdəmir rayonunun kəndində yerləşən evinə gəlib: “Onlar evin həyətinə girdi. Səadət mənim sinəmdən itələdi və onun arxası ilə niyə gəlmədiyimi soruşdu. Sonra anam ilə evə qalxdım. Evin şüşələrini əli ilə vuraraq sındırdı. Xumar da anam Mədinəni nalayiq söyüşlərlə söyüb təhqir etdi. Səadət Mədinənin üstünə cumaraq boğazından tutdu və yerə yıxdı. Xumar döşəmənin üstündə olan turşu bankasını götürdü və öz başına vurdu. Sonra bankanın qırılmış şüşəsini götürdü və anamın üstünə cumaraq vurmaq istədi. Mən də Xumarın əlindən şüşə parçasını alarkən əlim kəsildi. Səadət də şüşə parçasını götürərək üstümə gəldi. Mən özümü müdafiə edərək şüşə parçasını Səadətin əlindən aldım. Anam da kömək üçün qonşuya qaçdı. Səadət ilə mən həyətdə olarkən Xumar əlinə dəmir parçası götürərək baş nahiyyəmə bir dəfə vuraraq xəsarət yetirdi. Mən Xumardan dəmir parcasını aldım. Sonra Xumar beli götürərək sapı ilə kürək nahiyyəmə bir neçə dəfə vurdu. Bu vaxt Səadət məni tutdu. Hadisə zamanı qonşularımız  Ləman və Tərlan gələrək Xumardan belin sapını aldılar. Mən hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim”. 
Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xumar 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxs üzərinə Biləsivar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan evi gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin  işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış  yerini dəyişdirməmək, habelə cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi  barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Aprel 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri