Kurikulumu təhsilimizdən çıxarmaq lazımdır ki, şagirdlərimizin dili açılsın Firudin Cəlilov
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, təhsil naziri Emin Əmrullayevin keçirilən brifinqdə repetitorlarla bağlı danışarkən "Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repetitorluq etmək ayıbdır" deməsi müəllimlərin ürəyincə olmasa da, valideynlər tərəfindən müsbət qarşılanıb və müzakirələrə səbəb olub.
Redaktor.az-a açıqlamasında sabiq təhsil naziri Firudin Cəlilov E.Əmrullayevin təkliflərini dəstəklədiyini bildirib:
"Təhsil naziri Emin Əmrullayev cavandı və çıxışlarından da görünür ki, təhsilimizdə yenilik etmək istəyir. Onun dünənki brifinqdə uşaqların dərs yükünün yüngülləşdirilməsi və digər təklifləri çox xoşuma gəldi. Əgər bunlar olsa, təhsilimizə öz müsbət töhfələrini vermiş olar. Onun repetitorluqla bağlı səsləndirdiyi fikirlər doğrudur. Bu kurikulum təhsilimizə gətiriləndən sonra repetitorluq da ortaya çıxdı. Ona görə də kurikulumu təhsilimizdən çıxarmaq lazımdır ki, şagirdlərimizin dili açılsın, onlar danışa bilsinlər".
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 07 Fevral 2025 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















