Icma.az
close
up
RU
Firudin Cəlilov: Respublika üzrə maksimum 8 10 rus məktəbi yetərlidir

Firudin Cəlilov: Respublika üzrə maksimum 8 10 rus məktəbi yetərlidir

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Rus bölmələrində Azərbaycan dilinin dərs saatlarının artması ilə yanaşı hələ gələcəkdə ədəbiyyat dərsləri də Azərbaycan dilində keçiriləcək”.

Bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev brifinqdə söyləyib.

“Azərbaycan vətəndaşları niyə Səməd Vurğunu, Nəsimini rus dilində öyrənməlidirlər ki? Səməd Vurğunun şeiri elə Azərbaycan dilində öyrənilməlidir. O ki, qaldı Azərbaycan tarixini rus dili bölməsində təhsil alan şagirdlərin öyrənə bilməməsi, burada günah bizdə deyil”, – deyə o qeyd edib.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan tarixi bizim milli kimliyimizdir.


Sabiq təhsil naziri, filoloq-alim, professor Firudin Cəlilov "Sherg.az"a deyib ki, rus dilli məktəblər 30-40 il bundan qabaq yaxşı idi:


“Həmin məktəblər Azərbaycan məktəblərindən fərqlənirdi. Çünki onların dərslik proqramları Moskvada hazırlanıb göndərildi. Rus sektorunda oxuyan uşaqlar intellektual baxımdan da seçilirdi. Lakin bu əlaqələr qırıldıqdan sonra artıq Azərbaycanda rus dili müəllimi, hazırlamaq imkanları azaldı. Rus məktəblərində tədris çox aşağı düşdü. Ona görə də hazırda qəbul imtahanlarının nəticələrinə baxsaq ən az bal yığan rus məktəbini bitirənlərdir. Əvvəlki səviyyədə olan rus məktəbləri indi yoxdur. İndi uşaqları rus məktəblərində oxutmaq nöqsanlıdır və ehtiyac yoxdur. Təhsil Naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan türkcəsinə aid dərslərin sayını artıracağıq. Bu addımı atsalar əlbəttə, yaxşı olacaq. Rus dilini öyrənməkdə  bir problem yoxdur. Amma öyrənmək üçün rus məktəbində təhsil almaq vacib deyil. Rus dili xarici dil kimi 30-40 il də lazım olacaq. Çünki elmi əsərlərin, kitabların və digər qaynaqların çoxu rus dilindədir. Onlar Azərbaycan dilinə tərcümə edilməyib.  Amma bu o demək deyil ki, rus məktəblərinin sayını artırmaq  lazımdır. Əksinə,  rus məktəbləri Bakıda, Sumqayıtda və Gəncədə, bir-iki dənə olsa kifayətdir. Çünki Azərbaycanda elə xalqlar var ki, onlar övladlarını rus məktəblərinə göndərirlər. Onlar üçün rus məktəblərinin olması vacibdir. Respublika üzrə maksimum 8-10 rus məktəbi yetərlidir. Amma indi 250 məktəb var və buna da  ehtiyac yoxdur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Fevral 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri