Icma.az
close
up
RU
Kurikulumun Azərbaycan versiyası yaradılsın TƏKLİF

Kurikulumun Azərbaycan versiyası yaradılsın TƏKLİF

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Kurikulum tədris prosesinin əsas məqsədlərini və gözlənilən nəticələri müəyyənləşdirir. Kurikulum şagirdlərin yalnız nəzəri bilik əldə etməsini deyil, həm də onların düşünmə, analiz etmə bacarıqlarını inkişaf etdirməyə yönəlir. 

Bəs ölkəmizdə kurikulum gözlənilən nəticəni verirmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, biz 2008-2009-cu illərdən etibarən kurikulum tədris proqramını tətbiq etməyə başlamışıq və artıq kifayət qədər dövr keçib:

“Yəni təxminən 16-17 il keçir ki, biz bu proqram əsasında dərsləri idarə edirik və təbii ki, bunu ləğv etmək, yeni bir proqramı gətirmək təhsilə bir növ balta vurmaq deməkdir. Biz çalışmalıyıq ki, mövcud proqramı daha səmərəli şəkildə öyrənək. Kurikulumun, əlbəttə ki, hələ nəticələri barədə nəsə danışmaq düzgün deyil. Çünki mən həmişə bunu qeyd edirəm ki, kurikulumun yetirmələri hələ 2019-cu ildə ali məktəbə qəbul olublar. Onların içərisində pedaqoji ixtisaslara qəbul olan tələbələr dörd il sonra, yəni 2023-cü ildə bitiriblər və 2023-cü ildə əmək fəaliyyətinə başladıqları halda biz həm onların, həm də kurikulumun bizə nə verdiyini öyrənəcəyik. Təxminən 2027-ci ildə monitorinq aparılacaq, hansı ki, imtahanlar keçiriləcək. Dördüncü siniflər üçün həmin imtahanlarda biz artıq görəcəyik ki, kurikulumun yetirmələri bizə, ən azı ibtidai təhsil pilləsində təhsil alanlara nə verdi. Amma ümumi nəticəni isə təxminən gözləntimiz odur ki, hardasa 2035-2036-cı illərdə biləcəyik. Siz təsəvvür edin ki, 2008-2009-cu ildə tətbiq olunan bir proqram nə qədər müddət keçməlidir ki, onun effekti görünsün".

Həmsöhbətimiz hesab edir ki, kurikulumun Azərbaycan versiyasını yaratmaq lazımdır.

“Azərbaycan versiyası dedikdə müxtəlif ölkələrin təcrübələrini öyrənməklə, modelləri öyrənməklə, məsələn, Finlandiya modelini, Sinqapur modelini gətirib tətbiq etməklə və yaxud öz kurikulumumuzu yaratmaqla düşünürəm ki, daha uğurlu ola bilərik. Nəticələrə gəldikdə isə, indi kurikulumu dediyim kimi ləğv etsək, nəticə olmayacaq. Amma ümumi müəyyən qədər səmərəliliyi artırmaq üçün şagirdlərin, o cümlədən müəllimlərin proqramı daha yaxşı mənimsəmələri üçün müəyyən tədbirlər görülə bilər. Düşünürəm ki, bunların müsbət nəticələri olar", - deyə E.Əfəndi qeyd etdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Fevral 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri