Icma.az
close
up
RU
Sabiq nazir kurikulumun ləğvini təklif etdi “Bu sənədlər başdansovdu, alayarımçıq hazırlanıb...”

Sabiq nazir kurikulumun ləğvini təklif etdi “Bu sənədlər başdansovdu, alayarımçıq hazırlanıb...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Keçmiş Təhsil naziri, professor Firudin Cəlilov maraqlı təkliflə çıxış edib. O, hesab edir ki, kurikulumu təhsilimizdən çıxarmaq lazımdır. Eks nazir vurğulayıb ki, bu addım şagirdlərimizin dilinın açılmasına, onların danışa bilməsinə kömək edəcək.

Həqiqətənmi kurikulumu təhsilimizdən çıxarmaq lazımdır?

Keçmiş deputat, təhsil üzrə ekspert Etibar Əliyev "AzPolitika-ya açıqlamasında bildirib ki, təhsil çoxparametrli, çoxməqsədli, çoxtərəfli elmi əsaslar üzərində inkişaf edən mürəkkəb prosesdir. 

Onun sözlərinə görə, təhsilin məzmunu, quruluşu, müddəti, vasitə və yolları, metodologiyası, idarə olunması, qiymtləndirmə üsulları və qarşılıqlı əlaqə əsasında həyata keçirilən digər məsələlər mürəkkəbliyi təsdiq edən amillərdir: "Bu mürəkkəb prosesi tənzimləmək və məqsədyönlü idarə etmək üçün elmə “kurikulum” analayışı gətirilib. Latın sözü olan “kurikulum”un dilimizə tərcüməsi “qaçış”, “yol”, “meydan”, “sahə” kimidir. Müasir pedaqogikada isə bu söz, əsasən, “fənnin öyrənilməsi prosesi” anlamında işlənir. Kurikulum sənəd kimi müxtəlif dövlətlərdə müxtəlif adlarda və anlamlarda işlədilir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanunununda kurikulum anlayışı verilib.

Maddə 10. Təhsil proqramı (kurikulum)

10.1. Təhsil proqramı dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir".

Ekspert vurğulayıb ki, dünyanın bir çox inkişaf etmiş dövlətlərində təhsilin məzmunu mükəmməl kurikulumlar əsasında qurulub və yüksək nəticələr əldə olunub: "Bizdə isə bu sənədlər başdansovdu, alayarımçıq şəkildə hazırlanaraq məktəblərin istifadəsinə verilib. Yəni geriləmələrin səbəbini kurikulum anlayışının təhsilimizə gətirilməsində yox, onun qeyri-peşəkarcasına hazırlanmasında axtarmaq lazımdır.

Bu söz təhsilimizə gətirildikdən sonra hər şey dolaşdırıldı və məktəblərimizdə böyük çaşqınlıq yarandı. Təhsil haqqında qanunun müvafiq maddəsindən göründüyü kimi kurikulum sözü “təhsil proqramı (kurikulum)” kimi daxil edilib. Buradan belə çıxır ki, “kurikulum”la “təhsil proqramı” eyni anlayışlardır. Belə bir sual ortaya çıxır: “Kurikulum” əvəzinə hamı üçün anlaşıqlı olan və diləyatımlı “təhsil proqramı” ifadəsindən niyə istifadə etmirik? Gürcüstanda bu sözün əvəzinə “milli tədris planı”, Baltikyanı ölkələrdə “dərs proqramı”, Türkiyədə “təhsil proqramı” kimi ifadələr işlədilir. Qazaxstanda isə bu sözdən yalnız akademik səviyyədə, yəni elmi yazışmalarda istifadə olunur".

E.Əliyev hesab edir ki, "Təhsil haqqında" Qanunda “kurikulum” sözünün mötərizə içərisində yazılmasından istifadə edərək onun ətrafında yaranmış xaosun qarşısını almaq olar.

"Konseptual sənəd kimi onun içərisinə məzmun standartları, təhsil alanların hazırlığına qoyulan tələblər, təlim texnologiyaları, qiymətləndirmə standartlar və cədvəlləri daxil edilir. Əslində bu sadalanların hər biri kurikulumun mühüm komponentləri hesab olunur. Belə olan halda bunun nəyi pisdir?", - o, sual edir.

Rasim Əliyev

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Fevral 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri