Kürşad Zorlu: Qarabağda təhsil sahəsində yeni dövr başlayır
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İstanbul, 27 avqust, AZƏRTAC
Türkiyə Prezidentinin imzası ilə “Rəsmi Qəzet”də dərc olunan qərara əsasən, İstanbul Texniki Universitetinin akademik bölmələri Azərbaycanın Qarabağ Universitetinin nəzdində açılacaq. Bu tənzimləmə ilə elmi və akademik təcrübənin bölgəyə ötürülməsi, Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığın gücləndirilməsi, eləcə də Qarabağa daha çox ixtisaslı insan resurslarının qazandırılması hədəflənir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mövzu ilə bağlı açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu ifadə edib.
Bu qərarla Qarabağda təhsil sahəsində yeni bir dövrün başladığını vurğulayan Zorlu deyib: “Razılaşma çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil əməkdaşlığının, tələbə və müəllim mübadiləsinin, birgə tədqiqat layihələrinin, ikili diplom proqramlarının və mühəndislik sahəsində birgə laboratoriya çalışmalarının həyata keçirilməsi planlaşdırılır. Əməkdaşlığın yalnız bakalavriat səviyyəsində qalmayaraq magistratura, doktorantura və doktoranturadan sonrakı səviyyələrə də genişləndirilməsi, Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması hədəflənir”.
Kürşad Zorlu bildirib ki, Qarabağ Universitetinin nəzdində xüsusilə mühəndislik sahəsində kimya, mexanika (makine), inşaat və elektrik-elektronika mühəndislikləri üzrə bölmələrinin açılması gözlənilir. Açılacaq akademik bölmələrə dair təfərrüatlar qarşıdakı mərhələdə müəyyənləşəcək.
“Prezident Rəcəb Tayyib Ərdoğanın Türk dünyası baxışı ilə birlikdə Qarabağ Zəfərinə gedən yolda dünyaya nümunə olan güc birliyimiz bu gün bir çox sahədə konkret nəticələrə çevrilir. Azərbaycan-Türkiyə qardaşlığı yaşasın, birliyimiz daim olsun”, - deyə idarə rəhbəri bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 27 Avqust 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















