“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mingəçevir, 11 oktyabr, AZƏRTAC
Birinci oyunla müqayisədə komanda meydana daha inamlı çıxdı. İdmançılar bütün tapşırıqları yerinə yetirdilər və təəssüratlarım çox müsbətdir. Əlbəttə, bəzi məqamlarda çatışmazlıqlar olur, lakin ümumilikdə komandanın oyunundan tam razıyam.
AZƏRTAC xəbər verir ki, bunu həndbol üzrə qadınların EHF Avropa Kubokunun ikinci təsnifat mərhələsində Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıran “Kür” klubunun baş məşqçisi Fuad Yanqildin matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.
Növbəti mərhələdəki rəqiblərlə bağlı gözləntilərini bölüşən baş məşqçi qeyd edib: “Potensial rəqibləri təhlil etmişik. Növbəti mərhələnin püşkatması oktyabrın 14-də keçiriləcək. İnşallah, hər şey yaxşı olar”.
Qeyd edək ki, “Kür” klubu Kiprin APOEL komandasını iki oyunun cəminə əsasən (40:18, 39:13) mübarizədən kənarlaşdırıb.
Müxbir - Mikayıl Məmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 11 Oktyabr 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















