Küsülü olan Manafla Mətanət BİR ARADA: “Boynuna alsın ki, darıxırdı” VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Bir müddətdir küsülü olan müğənnilər Mətanət Əsədova və Manaf Ağayev bir-birinə barışıq əli uzadıb.
Bizim.Media xəbər verir ki, sənətçilər birgə “Tarixin bir günü” verilişinə çıxıb.
M. Əsədova bildirib ki, Manafla düşmən olmasalar da, hələ onunla barışmayıb:
“Hələ onunla barışmamışam. Könlümü almalıdır. Özü bilir necə ala bilər. Çünki adam qarşılamağını, dost yolunda etdiyi hərəkətləri bilirəm. O elə bil hərəkət etməlidir ki, ondan ürəyim açılsın. İncimişəm. Özü də bilir ki, yanında milyon oxuyan olsa, ondan o ruhu ala bilməz, oxuya bilsə, qulağımı kəsərəm. Zarafatını, mimikasını kənardan tutan mənəm. Darıxırdı, ürəyi partlayırdı, ölürdü, boynuna alsın. Nadir Qafarzadənin balasının toyunda Ağayevin həyat yoldaşı Fərqanə xanımı gördüm, bizim masaya əyləşdirdim, özü də gəldi onun yanında oturdu.
Mən o xanımı salamlayıram, bağrıma basıram, çox mehriban xanımdır, dözümlüdür. Biz düşmən deyilik, bir-birimizin balasını öldürməmişik, çörəyini almamışıq, sözdür deyilib. Amma mən efirə çıxandan “Ağayev” deyib qışqırmışam”.
Sara, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 06 Noyabr 2025 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















