Küsülü olan Afaq Bəşirqızı və Almaz Ələsgərova bir arada
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Bir müddət əvvəl aralarında yaşanan qalmaqalla gündəmə gələn Xalq artisti Afaq Bəşirqızı və Əməkdar artist Almaz Ələsgərova bir araya gəlib.
Axşam.az xəbər verir ki, onların eyni məkandan görüntülərini Əməkdar artist Əkbər Əlizadə sosial şəbəkə hesabında paylaşıb.
Aktrisalar Akademik Musiqili Teatrın 117-ci mövsümünün başlaması münasibətilə keçirilən tədbirdə iştirak ediblər. Onlar eyni sıradan əyləşiblər.
Paylaşılan videoda bir çox Xalq və Əməkdar artistlərin, aktyorların yeni teatr mövsümünün açılışı münasibətilə bir araya gəldiyi əks olunub.
Qeyd edək ki, bir müddət əvvəl aktrisaların dava etdiyi xəbəri yayılmışdı. Hadisə mədəniyyət naziri Adil Kərimlinin sözügedən teatrda aktyorlarla görüş keçirdiyi ərəfədə baş verib. Qalmaqala səbəb A.Ələsgərovanın saqqız çeynəməsi olub. A.Bəşirqızı iclas iştirakçılarından birinin saqqız çeynədiyini eşidib. İddiaya görə, aktrisanın əsəbləri buna dözməyib və ucadan “bu qələti edən kimdir?” deyə, iştirakçılara səslənib. Bu zaman A.Ələsgərova “qələti sən özün edirsən” cavabını verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 05 Sentyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















