Icma.az
close
up
RU
Küsülülərin barışdığı, qızların duzlu kökə yediyi çərşənbə adətləri

Küsülülərin barışdığı, qızların duzlu kökə yediyi çərşənbə adətləri

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın zəngin mədəni irsində mühüm yer tutan Novruz bayramı dörd çərşənbə axşamı ilə başlayır. Bu gün qeyd etdiyimiz İlaxır çərşənbə isə Novruz bayramından əvvəlki son çərşənbədir. Bu gün xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” və ya “Torpaq çərşənbəsi” kimi də adlandırılır.

Xalqımızın inanclarına görə, torpaq bu çərşənbədə oyanır və həyat canlanır. İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur.

Buna görə də, boz ayın sonuncu çərşənbəsi olan İlaxır çərşənbə xalqımız tərəfindən böyük coşqu ilə qeyd edilir. Hətta bəzi bölgələrdə bu çərşənbə Novruz bayramının özü qədər təntənəli keçirilir.

İlaxır çərşənbədə bir çox qədim adət-ənənələr yerinə yetirilir. Bu gün bolluq, ruzi və firavanlıq rəmzi sayılır. İnsanlar inanırlar ki, İlaxır çərşənbədə edilən dualar və diləklər qəbul olunur. Novruz şirniyyatları hazırlanır.

İlk olaraq evlər təmizlənir, köhnə əşyalar atılır. İnanca görə, bu çərşənbədə evdəki bütün çirk və tozdan təmizlənmək ruzi-bərəkətə yol açır.

Bundan başqa həyət və bağlarda da təmizlik işləri aparılar. Gül kolları, ağaclar budanır. 

Su çərşənbəsində olduğu kimi, İlaxır çərşənbədə də su ilə bağlı inanclar var. İnsanlar çay kənarına gedib sudan keçir, səhər tezdən su ilə yuyunur və bu suyun onları bütün xəstəliklərdən və bəlalardan qoruyacağına inanırlar.

İlaxır çərşənbədə bayram süfrəsi açılır. Bayram xonçası qurulur, səməni qoyulur. Səməni bayram süfrəsinin ayrılmaz hissəsidir və yeni həyatın, baharın, məhsuldarlığın rəmzi sayılır. Bundan başqa, bayram süfrəsinə Novruzun atributları olan paxlava, şəkərbura, qoğal və müxtəlif rənglərə boyanmış yumurtalar qoyulur. Xonçalarda rəngli şamlar yandırılır. 

İlaxır çərşənbədə insanlar həyətlərində tonqal qalayır və onun üstündən tullanaraq “ağırlığım-uğurluğum odda yansın” deyirlər. Bu, bütün pisliklərin geridə qalmasını və yeni ilin uğur gətirməsini diləmək anlamına gəlir.

Xüsusilə gənc qızlar İlaxır çərşənbədə qapı pusur. Qapı arxasında eşidilən ilk söz onların niyyətlərinin reallaşıb-reallaşmayacağını göstərir. Bundan əlavə, müxtəlif fal növləri də bu axşam yoxlanılır. 

Belə ki, bu çərşənbə axşamı qız ayağının sağ başmağını tutub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üzü üstə qapıya tərəf düşsə, deməli, həmin qız bu il nişanlanacaq.

İlaxır çərşənbədə alma yeyib toxumlarını sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırlar. İnanca görə həmin gecə gənc qız öz qismətini yuxuda görür.

Yumurta və karandaşlardan ibarət olan fal da bu çərşənbədə edilir. Belə ki, ağacın altına bir yumurta, iki qara və iki qırmızı qələm qoyulub arzu tutulur. Səhər həmin yumurtanın üstündə xətt əmələ gəlir. Əgər qırmızı qələmlə xətt çəkilibsə, arzu yerinə yetir, qara ilə çəkilibsə fal alınmır.

Adətə görə axır çərşənbə axşamı gec yatırlar. Yatanda isə əvvəlcədən hazırlanmış duzlu kökə yeyilir və su içilmir. Gecə yuxuda sizə içməyə kimsə su verəcək. İnanclara görə həmin su verən şəxs yuxu görənin qismətidir.

Ən məşhur fallardan biri də neçə yaşında gəlin köçəcəyini bilmək üçün ediləndir. Bunun üçün qızlar bir qaba su tökürlər. Saçlarından tel qoparıb, nişan üzüyünü saçlarına taxırlar. Niyyət tutub, üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə dəyirsə, demək, o yaşda gəlin köçəcəksiniz.

Daha çox uşaqlar və gənclər qapılara papaq atar və qoyulan şirniyyatları aralarında bölərlər. 

Bu çərşənbə həm də, insanların bir araya gəldiyi, küsülülərin barışdığı bir gündür. 

İlaxır çərşənbə əsrlərdir ki, Azərbaycan xalqının mədəniyyətində mühüm yer tutur. Bu bayram xalqımızın köklü inanclarını, təbiətə bağlılığını və birlik ruhunu yaşadır. 

Bu çərşənbə sadəcə qədim bir adət deyil, eyni zamanda milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. Bu çərşənbədə həyata keçirilən ənənələr Azərbaycan xalqının tarixi köklərini, təbiətə və ruzi-bərəkətə olan inancını əks etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Mart 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri