Icma.az
close
up
RU
Təbiəti oyadan İLAXIR ÇƏRŞƏNBƏ

Təbiəti oyadan İLAXIR ÇƏRŞƏNBƏ

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramıdır. Xalqımızın milli-mənəvi irsini özündə təcəssüm etdirən Novruz yeni günün, yeni arzuların, milli ruh və duyğuların bayramıdır. Novruz fəlsəfəsi cəmiyyətdaxili münasibətləri tənzimləyən, insanlar arasında səmimiyyəti, dialoqu önə çəkən yüksək dəyərləri ehtiva edir. Hər il müsəlman dünyasının həvəslə qarşıladığı və yola saldığı Novruz bayramı xalqın tarixi kökünü, adət-ənənələrini özündə yaşadır. Novruz sözünün etimologiyasına diqqət etsək, görərik ki, bu sözün həqiqi mənası yeni günün başlanması deməkdir. Bayramın qeyd olunmasına qədər, bildiyimiz kimi, dünyanın və insanın yaranması ilə bağlı müqəddəsləşdirilmiş su, od, yel və torpaq çərşənbələri qeyd olunurdu. Xalqın erkən düşüncəsində yaratdığı çərşənbələrlə bağlı ayin və etiqadları, adət-ənənələri yaşatmaq hər kəsin mənəvi dünyasının tələbatından irəli gəlir. Novruz bayramı təbiətlə bağlı su, od, torpaq, yel ilə bağlı dörd əsas arxaik xüsusiyyətləri özündə saxlamaqla yanaşı, cəmiyyətdə humanist insani münasibətlərin məntiqini ifadə edən bəşəriliyilə seçilir. Novruzaqədərki yaxın 4 həftənin 2-ci günlərini-çərşənbələri ulularımız Su, Od, Yel və Torpaq Çərşənbəsi adlandırmışlar. Bu dörd çərşənbənin qeyd olunmasının arxasında böyük həqiqətlər dayanır. Bu gün qeyd etdiyimiz xalq arasında torpaq çərşənbəsi "İlaxır Çərşənbə", "Yer Çərşənbəsi", "Çərşənbə-Suri" kimi də adlanan sonuncu çərşənbəmizi qeyd edirik. Torpaq çərşənbəsində torpağa istilik gəlir və bütün təbiət oyanmağa başlayır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlişindən xəbər verir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Dörd ünsürdən sonuncunun oyanması ilə Sel, Atəş, Yel və Torpaq daha böyük güc alır. İnsanlar yoxsulluq və qıtlıqdan, çətinlik və məhrumiyyətdən xilas olurlar. Axır Çərşənbə mərasim, ayin, etiqad, oyun və şənliklərlə daha çox zəngindir. Bu çərşənbədə əvvəlki çərşənbələrdə icra olunan bütün ayinlər kütləvi xalq şənlikləri ilə qeyd olunur. Şənliklər sübh tezdən suya tapınma ayini ilə başlanır. Adamlar su üstünə çıxıb, su üstündən atdanaraq, dərdini, arzusunu suya danışıb, ondan imdad diləyirlər. Gün ərzində müxtəlif ayinlər keçirilir. Axır Çərşənbənin axşamı şənliklər daha da güclənir. İnsanlar tonqalın üstündən atılıb ağrı-acılarının oda tökülməsini arzu edirlər: "ağırlığım, qadam-balam tonqalda yansın". Burada məqsəd qışdan qalan dərdin, ağrı-acının adamın canından çıxması, insanın sağlam ruhla, saf qəlblə bayrama qovuşmaq istəyidir. Qulaq falına çıxmaq, qapılara kisə və papaq atmaq bu bayramın tərkib hissələridir. Küsülüləri barışdırmaq, xəstələrə baş çəkmək, körpələrə yeni libas almaq da bu bayrama aid xüsusiyyətlərdəndir. Torpaq Çərşənbəsinə həm də Niyyət, Dilək Çərşənbəsi deyilir. İnanca görə, həmin gün ürəkdə tutulan xoş diləklərin hamısı hasil olur. Həmin gün mütləq xoş sözlər danışılmalıdır. Axı kimsə qulaq falına çıxıb, qapıya gələ bilər. Çərşənbə axşamı ailədə könül açan sözlər danışar, dava-dalaş etməzlər ki, qulaq falına çıxan şəxs xoşagəlməz ifadələr eşitməsin və evlərinə şən əhval-ruhiyyə ilə qayıtsın. Süfrənin əsas bəzəyi al-əlvan boyadılmış şadlıq rəmzi olan yumurta bir də baharın gəlişini əks etdirən Səmənidir. Novruz bayramı azərbaycanlıları Vətənə, ata-baba yurdları Azərbaycana, milli köklərə daha sıx bağlayır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlər, mütərəqqi adət-ənənələr cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapır, bu sıradan da xalqın milli bayramı olan Novruz yüksək səviyyədə qeyd edilir. Baharın gəlişini müjdələyən, xalqımızın qədim tarixə malik milli bayramı olan Novruzun Son Çərşənbəsi - "İlaxır Çərşənbə" bu gün böyük ruh yüksəkliyi ilə qarşılanır.

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqa göstərdiyi yüksək qayğısı Azərbaycan milli-mənəvi dəyərlərinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədinə istiqamətlənmişdir. Xalqın etnik tarixi inkişafı bir çox maddi və mənəvi amillərlə tənzimlənən mürəkkəb bir prossesdir. Son illərdə Azərbaycanın milli-mənəvi mədəniyyətinin tarixi mənzərəsinə nəzər salaraq, onun əsas inkişaf vasitələrini üzə çıxarmağa çalışsaq, hər şeydən əvvəl, mövcud amillərin rol oynadığını görərik.

"VAXT VAR İDİ Kİ, BU BAYRAM BƏZİ SƏBƏBLƏRDƏN QADAĞAN OLUNMUŞDU"

Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutub. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq əsrimizə, yeni yüzilliyə qədər gəlib çatmışdır. Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri, yas mərasimləri onun milli-mənəvi dəyərlərini özündə yaşadır.

Bütün həyatını Azərbaycan xalqının rifahına və çiçəklənməsinə sərf etmiş Ümummilli Liderimiz, Ulu Öndərimiz Heydər Əliyevin sovet hakimiyyəti illərində Azərbaycana birinci rəhbərliyi dövründə xalqımızın yaddaşında özünə yuva qurmuş Novruz bayramı milli-mənəvi xüsusiyyətləri və dəyərləri özündə əks etdirməklə, dövlət səviyyəsində qeyd edilmiş, bununla da imperiyanın sərt qadağalarına baxmayaraq, milli bayramımız qorunaraq, nəsillərdən-nəsillərə ötürülməklə saxlanılmışdır. "Vaxt var idi ki, bu bayram bəzi səbəblərdən qadağan olunmuşdu. Ancaq həmin onillikləri biz hamımız bir yerdə yaşamışıq və hamımız da bilirik ki, heç kim bu qadağaya fikir verməyibdir və öz bayramını edibdir. Bu bayram elə bayramdır ki, özünün maddi vəziyyətindən asılı olmayaraq hər bir insan - zəngin adam da, orta yaşayan da, lap kasıb şəraitdə yaşayan insan da onu bayram edir. O illər ki, bizim bu ümumxalq bayramının keçirilməsinə imkan yox idi, hər kəsin evində mütləq səməni də, rənglənmiş yumurtalar da, plov da var idi. Ən azı bu idi, hər kəs bunu edə bilirdi", - deyə Ulu Öndər qeyd edib. Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra, xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderimiz, Ulu Öndərimiz Heydər Əliyevin bilavasitə səyləri nəticəsində Novruz bayramı dövlət bayramı elan olunmuş, şəxsən Onun iştirakı ilə milli bayramımız ümumxalq şənlikləri çərçivəsində yüksək təmtəraqla qeyd edilmişdir.

TONQALLAR ŞUŞADA, FÜZULİDƏ, ZƏNGİLANDA, LAÇINDA… QALANIR

Ümummilli Liderimiz Heydər Əliyevin adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunması sahəsində fəaliyyətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi və tapşırığı əsasında hər il dövlət və milli bayramlarımız, xüsusilə, Novruz bayramımız ildən-ilə daha yüksək təmtəraqla qeyd edilərək, xalqımızın silinməz yaddaşına həkk olunmaqdadır. Novruz şənliklərində ölkə rəhbərliyinin şəxsən iştirak etməsi bayram təntənələrinə əlavə rəng qatmaqla yanaşı, eyni zamanda, hakimiyyət-cəmiyyət münasibətlərinə müsbət təsir edir.

Bu gün sevindirici və qürurverici bir haldır ki, xalqımız Novruz bayramını işğaldan azad olunan ərazilərimizdə, əzəli torpaqlarımızda qeyd edirik. "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm", - deyə Ulu Öndər bildirmişdir. Artıq Ulu Öndər Heydər Əliyevin söylədiyi fikirlər bir həqiqətə çevrildi. Tonqallarımız əzəli torpaqlarımızda qalanır, el-obamız bayramı qaşılayır. Qəlblərdə sevgi, torpaqda atəş yaşanır. Bu gün sonuncu çərşənbəni Torpaq Çərşənbəsini qeyd edirik. İllərdir arzuladığımız və böyük məsləkimizə qovuşduğumuz torpaqlarımızın işğaldan azad olunduğu torpaqlarımızda çərşənbəmizi qeyd edirik. Novruz ənənələri yenidən 30 ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımızda yaşanılır, tonqallar qalanır, od-alov aləmə yayılır. Torpağımıza isti nəfəs gəlib, torpaq həsrətlə gözlədiyi sevincinə qovuşub. Torpaqlarımız dərindən nəfəs alır. Tarixdən boylanan zamanın daşlaşmış yaddaşında olan təbiətdən gələn yeni günü Qələbə tarixini yaşamış xalqımız böyük sevinclə qarşılayır. Torpaq çərşənbəsi bütün Azərbaycana firavanlıq bəxş etsin! Oyanan torpaq bütün xalqımıza ruzi bərəkət gətirsin! İlaxır çərşənbəniz mübarək!

Zümrüd BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see296

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see222

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see221

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see215

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see199

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see134

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see134

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see133

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see133

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see130

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see127

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri