Kütləvi dava: Hamısı həbs edildi, deputat oğlundan başqa Niyə?
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Xətai rayonu, Əhmədli qəsəbəsindəki “Ab-Hava” restoranında bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılanlardan yalnız deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə haqda qərar verilməyib.
Axar.az xəbər verir ki, hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatətə baxmaqdan imtina edib və “hakimlərin öz-özünə etiraz ərizələri”nə Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Bunun səbəbi isə Əhməd Əlizadənin qardaşı Orxan Əlizadənin Xətai Rayon Məhkəməsinin hakimi olmasıdır. Qanunvericiliyə görə, ittiham olunan şəxslə hakim heyəti arasında hər hansı qoyumluq və yaxınlıq olmamalıdır. Buna görə də hakim heyəti öz-özünə etiraz edib və Əhməd Əlizadənin işinə ayrı məhkəmədə baxılması üçün vəsatət qaldırıb.
Xatırladaq ki, “Ab-Hava” restoranında baş verən kütləvi davada ceyhun Mirağayev (Ceyhun Sabunçu) bıçaqlanaraq qətlə yetirilib. Davada iştirak edənlərin hamısı yaxalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 25 Oktyabr 2026 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















