Icma.az
close
up
RU
Kütləvi zəhərlənmə olduğu deyilən bağçanın müdiri: Bloqer məni şantaj etdi

Kütləvi zəhərlənmə olduğu deyilən bağçanın müdiri: Bloqer məni şantaj etdi

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Sosial şəbəkələrin "Facebook" seqmentində bəzi valideynlər Abşeron rayonu, Masazır kəndində yerləşən "Esmanur" özəl uşaq bağçasında 4 gün öncə kütləvi zəhərlənmə hadisəsinin olduğunu iddia ediblər.

Valideynlərin sözlərinə görə, rəhbərlik zəhərlənmənin tortdan olduğunu bildirib, lakin tort yeməyən uşaqlar da zəhərlənib.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı məlumat almaq üçün "Esmanur" Tədris İnkişaf Mərkəzinin rəhbəri İlahə Xuduqızı ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bildirib ki, bu məlumatları yayan tanınmış bloqerdir.

Əməkdaşımız sözügedən bloqerin kimliyini soruşsa da, "Esmanur" Tədris İnkişaf Mərkəzinin rəhbəri israrla adını demək istəmədiyini bildirib.

İ.Xuduqızı qeyd edib ki, bloqer ondan iki min manat tələb edib, lakin pulu ala bilmədiyi üçün sosial media hesablarında bağça ilə bağlı şikayət xarakterli məlumat yayıb:

"Onun məndən iki min manat tələb etməsinin sübutları da var. Bu məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsinə və Abşeron Rayon Məhkəməsinə müraciət etmişəm. Şər-böhtan xarakterli paylaşım edib. İşgüzar nüfuzuma xələl gətirib.

Həmin şəxsin uşağı yediklərini qaytardığı üçün həkimə aparıb, özü isə iddia edir ki, övladı zəhərlənib. Mən də deyirəm ki, sənin uşağın qripə yoluxub. Zəhərlənmə ilə bağlı əlində həkim rəyi yoxdur. Uşaqlarımız zəhərlənsə, bu, kütləvi halda olar. Sadəcə, şər atır ki, qorxum, çəkinim, ona pul verim".

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə sorğu verilib.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Fevral 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see219

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see195

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see185

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see182

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see181

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see159

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see150

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see144

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see139

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see139

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see136

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see135

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see131

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see122

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri