Kütləvi zəhərlənməyə səbəb olan dönərxananın fəaliyyəti məhdudlaşdırıldı
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Naxçıvanda kütləvi qida zəhərlənməsi baş verən dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, 9 nəfərin qida zəhərlənməsinə səbəb olan Naxçıvan şəhəri Ə.Əliyev küçəsi, ev 20 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədov Cəbrayıl Natiq oğluna məxsus “Tac dönər” adlı dönərxanada Agentliyin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanılmadığı, temperaturun monitorinqinin həyata keçirilmədiyi və qeydiyyatının aparılmadığı, içkilərin birbaşa günəş şüaları altında saxlanıldığı, soyuducularda mal qonşuluğu prinsipinə əməl olunmadığı aşkarlanıb.
Şübhəli məhsul hesab edilən mayonez, sous, ət və toyuq dönərlərindən nümunələr seçilərək analizlərin aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və dönərxananın dönər emalı hissəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 20 May 2025 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















